Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslam Azeri
bazar

31 mart 2013

19:30:00
404836

31 mart Şiə soyqırımı

"Qətliamlarda əsasən Şiələr hədəfə alınırdı"

"Niyə məhz Şiələrin təqiblərə, təhdidlərə və qətliamlara məruz qoyulması geniş tədqiqə ehtiyac duyan məsələdir"

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən 31 mart Şiə soyqırımı ilə bağlı AYP-nın həmsədri professor Mayis Güləliyev İslamazeri.az İnternet Qəzetinə münasibət bildirib. 

Politoloq bildirib ki, "Ötən əsrin əvvəllərində baş vermiş bu dəhşətli hadisələrdə əsas məqsədlərdən biri Müsəlmanları başda Bakı və ətrafı olmaqla əsas əhəmiyyətli ərazilərdən sıxışdırıb çıxarmaq olub. Bunun üçün müxtəlif vasitələrdən, o cümlədən Müsəlmanları qorxudaraq, hədələyərək, dolanışıq baxımından əziyyətlərə salaraq öz yurd-yuvalarından köçməyə məcbur etmək, həmçinin kütləvi qətliamlarla demoqrafik vəziyyəti dəyişmək kimi qeyri-insani yollara əl atılıb. Çox təəssüf ki, o zamankı vəziyyətdə Müsəlman əhalini müdafiə edəcək heç bir qüvvə olmadı. Yalnız bir neçə Ruhani, Ağsaqqal və Bakı Qoçusu kiçik özünümüdafiə dəstələri ilə bu işi görməyə çalışırdılar."

 

Mayis Güləliyev məhz Şiə məzhəbli əhalinin hədəfə alındığına da diqqət çəkib: "Bir çoxları üçün aydın olmayan bir məsələni də xatırladım ki, o dövrdə Azərbaycanda Müsəlman deyərkən əsasən Şiə məzhəbli əhali nəzərdə tutulurdu. Sünniləri isə o zamanlar tatar adlandırırdılar. Əgər qırğınların tarixi sənədlərə, törədildiyi ərazilərə, coğrafi yer adlarına diqqət etsək bu fakt bir daha təsdiq olunar. Yəni 31 martda qətliamlara məruz qalanların əksəriyyəti Şiələr olub. Bu bardə Rusiya arxivlərində də qeyd olunub və SSRİ dövründə də, indi də sözügedən məsələyə demək olar ki toxunulmur. Niyə məhz Şiələrin təqiblərə, təhdidlərə və qətliamlara məruz qoyulması geniş tədqiqə ehtiyac duyan məsələdir."

 

Fikrinin yekununda Mayis Güləliyev deyib: "Amma hər bir halda həmin hadisələr nəinki Azərbaycan, ümumilikdə insanlıq tarixi üçün bir ləkədir, bir yaradır. Təbiiki zamanı geri qaytarmaq olur, amma gərək ölkəmizdə, regionda, və dünyada gələcək əmin-amanlıq, rifah və ədalətli cəmiyyət üçün belə hadisləri unudulmasın, keçmişə baxıb dərs çıxarılsın."

 

 

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır