Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA - Xəbər Agentliyi
şənbə

19 yanvar 2013

20:30:00
383344

Şəri Suala Cavab

Namazda salamdan sonra başı sağa və sola döndərməyin hökmü

Məsumlarımız namaz qılarkən, salamdan sonra başlarını sağa və ya sola döndərməmişlər. Və Əhli-Beyt (əleyhimus səlam) fiqhində belə bir işin əsası yoxdur.

   Sual:

SALAM! Bəzi insanlar namazın axırında təşəhüddən sonra salamları deyəndə başını sağa və sola döndərir. Bəziləri çox döndərir, bəziləri isə cüzi miqdarda. Az və çox döndərməyin mənası nədir? Ümumiyyətlə şəri qaydada bu baş döndərmələrin nə hökmü var? Bu halların nə bir işğalı var?

Təşəkkür edirəm. ALLAH hamımızı öz pənahında saxlasın İNŞALLAH.

   Cavab:

12 İmam Şiələrin Fiqhinə əsasən, yalnız Məsumların gördükləri iş, dedikləri söz və onların sükutları ilə, hər hansı bir söz və ya işi təyid etmələri, bizim üçün höccət və dəlil ola bilər. Bu səbəbdən, qeyriməsumların hətta müctehidlərimizin gördükləri iş, bizim üçün dəlil ola bilməz. Amma müctehidlərimizin verdikləri fətva və hökümlər isə bizim üçün dəlil və höccətdir. Gərək onların fətvalarına tabe olaq. Elə bu səbəbdən də bizim Məsumlarımız namaz qılarkən salamdan sonra başlarını sağa və ya sola döndərməmişlər. Və Əhli-Beyt (əleyhimus səlam) fiqhində belə bir işin əsası yoxdur.

Bəli, bizim dinimizdə deyilir ki, namaz qılan şəxs, əgər camaat namazında iştirak etmədən, namazını tək qılarsa, müstəhəbdir ki, namazın sonunda salam deyən zaman, gözü ilə qibləyə işarə edərək (yəni qibləyə baxaraq) salamı desin. Və əgər namazını Camaat ilə birgə qılarsa, bu zaman namazın sonunda salam deyən zaman (salamdan sonra yox, məhz salamı deyən zaman), müstəhəbdir ki, üzü qiblədən dönmədən gözü ilə sağ və sol tərəfinə işarə edərək salamı desin (əgər heç kim onun sağ və solunda və ya bir tərəfində yoxdursa həmin səmtə işarə etməyəcəkdir), İmam (pişnamaz) da salamları dediyi an eyni ilə məmum (pişnamazın arxasında durub ona iqtida edərək namaz qılan şəxs) kimi edir.

Allah (cəllə cəlaluh) biz hammımızı İmam Zamanın (Allah onun şərəfli zühurunu tezləşdirsin) laiqli əskərlərindən qərar versin. Amin!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır