Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- xəbər agentliyi
cümə axşamı

22 noyabr 2012

20:30:00
367161

Əqidəti Suala Cavab

İmam Zaman(ə.f) müasir silahlamı zühur edəcək? Onun terefdarı yalnız 313 nəfərdimi?

İmam Zman (Allah onun zühurun tezlşdirsin) ağanın zühur etdiyi zamanda hansı texnologiyanın mövcud olacağı məlum deyil. Çünki o həzrətin zühur edəcəyi zaman, heçkiməsə bəlli deyildir. Tərəfdarları isə iki qrupa bölünür. 1- Xüsusi və özəl tərəfdarları ki, onların sayı 313-dür. 2- Ümumi tərəfdarları ki, sayı hesabı bilinmir.

Salam əleykum.

                Sual:

   İmam Mehdi (Allah onun zuhurunu tezləşdirsin) at və qilincla zühur edəcək yoxsa müasir silahlarla? Tərəfdarları 313 nəfərdən ibarət olacaqsa, bəs başqaları hamı düshmən tərəfdə olacaq?

Nursəli.

 

Əleykum səlam və rəhmətullah.

                Cavab:

Birinci sualın cavabı:

   Hər şeydən öncə bunu bilmək lazımdır ki, qılınc ədalət rəmzidir. Elə buna görədə dünyada haqq və ədalət məhkəmələrində qılınc ədalət simvolu olaraq qərar verilib. Amma bildiyimiz kimi, müasir zamanımızdakı odlu silahlar qılınc kimi ədalət rəmzi sayılmır. Çünki döyüş zamanı raket və ya hər hansı bir odlu silah atdıqda, düşmən əskərlərindən daha çox yerli günahsız insanların həyatına son qoyulur.

Rivayətlərə gəldikdə isə biz görürük ki, İmam Zaman (Allah onun zühurun tezlşdirsin) həzrətləri at üzərində babas Peyğənbərin (səlləlahu əleyhi və alih) zirehini geyinmiş halda onun Bayraqını və İmam Əlinin (əleyhimus səlam) Zülfüqar qılıncını əlində tutaraq zühür edəcək.

Lakin bununla belə mümkündür ki, İmam Zaman (Allah onun zühurun tezlşdirsin) həzrətləri müasir silahlardan və texnologiyalardan da istifadə etsin.

Bildirək ki, İmam Zman (Allah onun zühurun tezlşdirsin) ağanın zühur etdiyi zamanda hansı texnologiyanın mövcud olacağı məlum deyil. Çünki o həzrətin zühur zamanı, heçkiməsə bəlli deyildir.

İkinci sualın cavabı:

İmam Zaman (əleyhis səlam) cənablarının tərəfdarları iki qrupa bölünür. 1- Xüsusi və özəl tərəfdarları. 2- Ümumi tərəfdarları.

Onun ümumi tərəfdarları müxtəlif xalqlar kütləsindən ibarətdir. Onlar İmam zühur edən zaman ayağa qalxar və onun tapşırıqlarına canla-başla əməl edərlər.

İmam Zamanın (Allah onun zühurun tezləşdirsin) xüsusi və özəl tərəfdarları isə olduqca dəyərli və seçilmiş bir insanlardır. İmam onların köməkliyi ilədir ki, bütün dünyada ədaləti bərpa edəcəkdir...

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır