Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- xəbər agentliyi
şənbə

20 oktyabr 2012

20:30:00
358538

Şəri Suala Cavab

Qız toyunda çalıb-oynamaqın hökmü nədir?

Qadınların naməhrəm kişilərin qarşısında rəqs etməsi haramdır... Amma musiqi əgər ləhv və mütrib olarsa haramdır...

   Sual:

Həyətdə olan toyda musiqinin olması (çalıb-oynamaq) haramdır ya məkruhdur? Əlbəttdəki qız toyunu nəzərdə tuturam.

Çox sağ olun qabaqcadan öz minnətdarımı bildirirəm.

Rusiya

 

   Cavab:

Qadınların naməhrəm (baba, ata, qardaş, ər, dayı və əmi olmayan kişi xaylaqına naməhrəm deyilir) kişilərin qarşısında rəqs etməsi haramdır. Həmçinin qadının məhrəmləri (baba, ata, qardaş, ər, dayı və əmisi) yaxud qadın qarşısında rəqs etmələri əgər şəhvəti təhrik edərsə haramdır. Amma musiqi əgər ləhv və mütrib olarsa haramdır. Bu kimi hallarda insanın vəzifəsi əmr be məruf etməkdir (yəni xalqı yaxşı işlərə dəvət etmək).

P.S. Bir qədər gec cavab verdiyimiz üçün sizdən üzür diləyirik. Allah amanında.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır