Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- xəbər agentliyi
bazar ertəsi

1 oktyabr 2012

20:30:00
353086

Şəri və Əqidəvi Suala Cavab

Həyat yoldaşım sünni namzı qılır məni də bu işə vadar edir vəzifəm nədir?

Qurani Kərim, Sünnə və Əqli dəlillərə əsasən Peyğəmbər (səlləllahu əleyhi və alih) Əkrəmin həqiqi dvamçıları Əhli Beyt (əleyhimus səlam) Məktəbinin şagirdləridir...

   Sual:

Salam! Mənim həyat yoldaşım sunni namazı qılır deyilənlərə görə vəhhabilərlə əlaqəsi var. Məni də namazımı dəyişməyə məcbur edir 5 ildir ki, gizli namaz qılıram mən övladlarımı necə tərbiyə etməlyəm?

 

   Cavab:

Əleykə salam və rəhmətullah və bərəkatuh!

Qurani Kərim, Sünnə və Əqli dəlillərə əsasən Peyğəmbər (səlləllahu əleyhi və alih) Əkrəmin həqiqi dvamçıları Əhli Beyt (əleyhimus səlam) Məktəbinin şagirdləridir. Bunu Tarix də təsdiqləyir. Buna görə də öz məzhəbinizi dəyişməyə heç bir dəlil yoxdur.

Heç bir şeydən çəkinmədən öz qıldığınız namazlara davam edin. Övladlarınızın tərbiyyəsini də Əli və övladi Əli eşqi ilə tərbiyələndirin. Onlara İslam Peyğənbərinin (səlləllahu əleyhi və alih) bəzi səhabələri tərəfindən incildilərək əziyyət edilməsini, İmam Əlinin (əleyhis səlam) məzlumiyətini, xanım Fatiməyi Zəhranın (əleyhas səlam) haqqının tapdalanmasını, İmam Həsənin (əleyhis səlam) məzlumcasına şəhid edilməsini və İmam Hüseynin (əleyhis səlam) Kərbala vaqeəsini gündəlik olaraq qissələr şəklində danışın.

Əziz din bacımız! Yddan çıxartmayın ki, Allah Təala Qurani Kərimdə sizin kimi qadınlara misal olaraq Fironun (Allah ona lənət etsin) qadını həzrəti Asiyanı (Allahın Salamı ona olsun) məsəl çəkir.

Allah sizi öz pənahında hifz etsin. Əcriniz İmam Zaman (Allah onun şərafətli zühurunu tezləşdirsin) həzrətləri versin. Amin!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır