Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- xəbər agentliyi
çərşənbə

22 avqust 2012

19:30:00
338964

Qoşulmama Hərəkatınının 16-cı Samiti

Nyu York Tayms etiraf etdi: Tehran Samitinin mesajın tutduq!

Nyu York Tayms: “Pan Gi Mun kimi şəxsiyyətin Tehran Samitində iştirak etməsi İran İslam Respublikası üçün böyük bir qələbədir”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən işğalçı israil rejiminin qondarma xarici işlər nazirliyi Qoşulmama Hərəkatınının 16-cı Samitində iştirak edəcək qonaqlar üçün Samitin gündəliyini açıqlayıb.

Sionist rejimin xarici işlər nazirliyi Pan Gi Mun və digər qonaqlardan İran İslam Respublikasının proqramını nəzərə alaraq İslam Hökümətinin təbliğat makinasına allanmamaların istəmişdir.

Nyu York Tayms qazeti isə bu günkü nömrəsində BMT-nin katibi Pan Gi Munun Tehranda keçiriləcəy Qoşulmama Hərəkatınının 16-cı Samitində iştirak edəcəyini bildirərək yazıb: “Pan Gi Munun Tehrana səfər etməsi artıq Avopa İttifaqının İİR-a qarşı yürütdüyü təcridlıəşdirmə saysətinin iflasa uğraması deməkdir. Artıq biz heç cürə iddia edə bilməriy ki, “İran İslam Respublikasını Dünya Səhnəsindən təcrid etmişiy!”.”

Nyu York Tayms qazeti məqalənin davamında qeyd edir ki, Ali Məqamlı Qonaqların Tehran Samitində iştirak etməsi bizə göstərdi ki, Dünya İctimaiyyəti elan edir ki, İİR-la heç bir problemimiz yoxdur. Bu ABŞ və onun müttəfiqləridir ki, daim İİR-la problemi olub və həmişədə Dünya Birliyini bu işdə özləri ilə həmrəy etməyə çalışıb.

Nyu York Tayms qazeti daha sonra yazır: “BMT-nin 193 üzv ölkəsinin 120-si Qoşulmama Hərəkatınının 16-cı Samitində iştirak edəcəyi bir halda axı Pan Gi Mun necə edə bilərdi ki, bu Zirvədə iştirak etməsin?”

Sonda Nyu York Tayms qazeti yazır: “Pan Gi Mun kimi şəxsiyyətin Tehran Samitində iştirak etməsi İran İslam Respublikası üçün böyük bir qələbədir”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır