Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Haqq Yolu
çərşənbə axşamı

21 avqust 2012

19:30:00
338696

Qoşulmama Hərəkatınının 16-cı Samiti

İİR-dakı Qoşulmayanlar Zirvəsində Bəşər Əsad də iştrak edə bilər

Tehranda rəsmi idarələrlə digər bəzi təşkilatların 5 gün müddətində tətil edərək işləməyəcəyi açıqlanıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran paytaxtı Tehranda keçiriləcək Qoşulmayanlar Zirvəsinə 120-ə yaxın ölkənin iştirak etməsi gözlənilir. İştirakçılar arasında Suriya prezidenti Bəşər Əsəd də yer ala bilər.

İran İslam Respublikası 26-31 avqustdakı 16-cı Qoşulmayanalar Hərəkatı Liderlər Zirvəsinə hazırlaşır. Zirvə üçün yaradılan rəsmi internet saytında yığıncağa 120-ə yaxın ölkənin dəvət edildiyi ifadə edilir. Təxminən 40 ölkənin dövlət və ya da hökumət başçısı səviyyəsində qatılmasının gözlənildiyi zirvədə BMT baş katibi Pan Gi Munun da qatılacağı qeyd edilir.

Əlaqəsizlər Hərəkatının dönəm sədrliyini İran İslam Respublikasına təhvil verəcək Misirin zirvədə prezident Məhəmməd Mursi tərəfindən təmsil ediləcəyi ifadə edilir.

Zirvəyə dəvət edilənlər arasında Suriya prezidenti Bəşər Əsədin də yer aldığı ifadə edilərkən, Əsədin iştirakın hələ dəqiqləşmədiyi bildirilir.

Ali Dini Rəhbər Ayetullah Seyyid Əli Xameneyi cənablarının açılış nitqi ilə başlayacaq zirvədə regional və beynəlxalq gündəmi əhatə edən mövzuların müzakirə olunacağı bildirilir.

Zirvə çərçivəsində görülən tədbirlər daxilində paytaxt Tehranda rəsmi idarələrlə digər bəzi təşkilatların 5 gün müddətində tətil edərək işləməyəcəyi açıqlanıb.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır