Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Haqq yolu
çərşənbə axşamı

21 avqust 2012

19:30:00
338691

Qoşulmama Hərəkatınının 16-cı Samiti

NAM-ın İİR-a gəlişi ABŞ-n növbəti məğlubiyyətidir

Tehranda keçiriləcək Qoşulmamışlar Hərakatı sammiti ABŞ-ın növbəti məğlubiyyəti olacaq

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İranlı millət vəkili deyib ki, Tehranda keçiriləcək 16-cı Qoşulmamışlar Hərakatı sammiti regionda İslami Oyanış Hərakatından sonra ABŞ-ın növbəti məğlubiyyəti olacaq.

Qulam Əli Həddad Adil deyib: “İslami hərəkatın artan dalğası və Qoşulmamışlar Hərakatı sammitinin üst-üstə düşməsi bütün dünya üçün həll edici rol oynaya bilər.”

Həddad Adil əlavə edərək deyib ki, Qoşulmamışlar hərakatı ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmtə qoyulmasını, bərabər və qarşılıqlı maraqlar, dinc əlaqələr və ölkələrin daxili işlərinə qarışmamaq kimi dəyərləri həyata keçirməklə ABŞ-ın təsir dairəsini xeyli azaldıb.

O deyib ki, ABŞ hərakata nüfuzunu artırmaq üçün Qoşulmamışlar Hərakatının üzvləri arasına ixtilaf salmaq istəyir.

Qoşulmamışlar Hərakatının 16-cı sammiti 26-31 Avqustda İranın paytaxtı Tehranda keçiriləcək. İslam Respublikası sammit çərçivəsində hərakatın növbəti üç illik sədirliyini öz üzərinə götürəcək.

120 üzv dövlət və 21 müşahidəçi ölkədən ibarət olan Qoşulmamışlar Hərakatı əsasən dünyanın əsas güc blokların qoşulmayanlar hesab edilirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır