Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- xəbər agentliyi
bazar

19 avqust 2012

19:30:00
338199

Muzdurluq Bir Daha Sübut Oldu

Pan Gi Munun Qoşulmama Hərəkatının sammitindən imtinası BMT-nin nüfuz dairəsin kiçildir

Doktor Əli Laricani: BMT nümayəndələri Qoşulmama Hərəkatının sammitində iştirak etməsələr, təşkilatın dünyadakı nüfuzuna mənfi təsir dəyəcək

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının İslam Şurası Məclisinin spikeri Doktor Əli Laricani London 2012 Olimpiadasında iştirak etmiş İİR-ın əlil və veteranlardan ibarət Milli İdman Kamandası ilə görüşündə jurnalistlərin “Pan Gi Munun Qoşulmama Hərəkatının Sammitindən imtina etməsinə necə baxırsınız” sulına cvab olaraq bildirib: “BMT Baş katibinin Qoşulmama Hərəkatının Tehranda baş tutacaq sammitində iştirakdan imtina etməsi tədbirin keçirilməsinə təsir göstərməyəcək. Əslində bu addım BMT-nin nüfuz dairəsin kiçildməsinə səbəb ola bilər”.

Doktor Əli Laricani Qoşulmama Hərəkatının BMT-nin fəaliyyətinə təsir göstərən mexanizmə malik olduğunu bildirərək deyib: “Qoşulmama Hərəkatına üzv ölkələrin BMT-dəki rolu həddindən artıq böyükdür. BMT təsirini bütün dünyaya yaymaq istəyirsə, sammitdə nümayəndələrinin iştirakı gərəklidir. BMT nümayəndələri Qoşulmama Hərəkatının sammitində iştirak etməsələr, təşkilatın dünyadakı nüfuzuna mənfi təsir dəyəcək”.

İslam Şurası Məclisinin spikeri, Misir Prezidenti Məhəmməd Mursinin sammitdə iştirakı təsdiqləməsinə də toxunaraq deyib: “Misir prezidentinin Tehranda keçiriləcək sammitdə iştirakı onun fəaliyyətinə müsbət təsir göstərəcək. İslam dünyasının aparıcı ölkələri olan İran və Misirin mədəni və sosial baxımdan bir çox bağlılıqları var. Təəssüf ki, Hüsni Mübarəkin hakimiyyətin dövründə ölkələr arasında əlaqələr kəsilmişdi. Ümidvaram ki, Məhəmməd Mursinin İran İslam Respublikasına səfəri iki ölkə arasında yaxınlaşma üçün yaxşı zəmin yaradacaq”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır