Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- xəbər agentliyi
çərşənbə axşamı

24 iyul 2012

19:30:00
331567

Şəri Suala Cavab

Subhdən şama qədər günün uzunluğu 21 saat olduqda orucu necə tutmalıdır?

Siz orucunuzu 21 saat tutmalısınız.

Salam əleykum və rəhmətullah!

Sual:

  Biz Rusiyanın Sankt-peterburq şəhərində yaşayırıq. Burada subh namazından şam namazına qədər günün uzunluğu 21 saatdır. Belə olan təqdirdə orucu necə tutmalıyıq?!

Allah sizdən razı olsun.

Muşfiq.

 Cavab:

   Əlkeykə səlam və rəhmətullahi və bərəkatuh. Siz orucunuzu 21 saat tutmalısınız. Çünki Allah Təala Qurani Kərimdə bizə oruc olmamızın hansı zamandan başlayaraq hansı zamanda  bitirməsini aşkar sürətdə buyurur. Bəqərə sürəsi 187-ci ayədə Allah Cəllə Cəlaluh buyurur: “... ağ sap qara sapdan seçilənəcən yeyin və için (yəni sübh azanına qədər), sonra gecəyə qədər oruc olun...”  bu ayəyə əsasən alimlərimiz oruc olmaq müddətini subh azanından başlayaraq şam azanına qədər davam etməsini zəruri sayırlar. Lakin əgər 21 saat oruc olmaq kimisə taqətdən salarsa, həmin şəxs oruc tutmamalı və hər günün müqabilində bir mud təam (yəni təqribən 1kl.q buğda, ya çörəy, yada ki, un) fəqirə verməlidir. Və gələn Mübarək Ramazan ayına kimin isə mütləq tutmadığı orucların yalnız qəzasın tutmalıdır. Bəqərə sürəsi ayə 184-də Allah Təala buyurur: “...Sizlərdən hər birinizi oruc tutmaq onu taqətdən salarsa, onun bir mud təam fəqirə verməsi (həmin günün) tutmadığı orucunun əvəzidir (qəzasın isə sonra, gələn Mübarək Ramazan ayınacan tutmalıdır). Və hər kim (fəqirə 1 mud təam əvəzinə) çox verərsə bu onun üçün dahada xeyirlidir. Oruc tutmaq xeyrlidir. Əgər siz bunu bilsəydiniz.”

Allah bu gözəl Ramazan ayında, Samit Quranın Nazil olan ayında, Natiq Quranın (Əmirəl Möminin Əli İbni Əbu Talib əleyhis səlam) şəhadətə çatdığı ayda sizin maddi və mənəvi problemlərinizi özü həll etsin. Və Sizə yardımçı olsun. Amin!

Cavabınızı bir qədər gec verdiyimiz üçün sizdən üzür diləyirik.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır