Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslam Azeri
şənbə

21 iyul 2012

14:26:00
330633

Xalqın Övladına Verdiyi Qiymət

Cəlilabadlı ruhanilər Hacı İlqar barədə nə deyirlər?

Hacı İlqar Əliyev hakimiyyətin islama qarşı dözümsüzlük göstərdiyini çıxışlarında qeyd etdiyinə görə həbs olunub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanda mövcud rejim tərəfindən Narkotik Maddə ilə ŞƏRRLƏNƏN ruhani Hacı İlqar Əliyevlə bağlı İslamazeri.az-ın xüsusi müxbiri Cəlilabad ruhanilərinə, ağsaqqallarına müraciət edib.

Hacı İlqarla bağlı Cəlilabad ruhaniləri və ağsaqqalının fikirlərini təqdim edirik:

 

Hacı Mirrahib. Cəlilabad ruhanisi: "Mən Hacı İlqarla tələbə yoldaşı olmuşam. 30 ildən artıqdır ki, tanışıq. İstər dünyavi, istərsə də dini cəhətdən çox savadlıdır. İlqarın tərbiyyə verdiyi gənclərin heç biri narkotikə yaxın belə getmir və getməz. O gənc nəslə əxlaq, mənəviyyat, milli ruh, vətənpərvərlik, gözəl tərbiyyə aşılayıb. Mən Bakıda “Göy” (Əjdərbəy) məsciddə 16 il fəaliyət göstərmişəm. Hacı İlqar gəldi, bir yerdə getdik Şeyx Allah şükür Paşazadə ilə görüşə. Hicab qadağası ilə bağlı çox narahat idi. Necə ki, vətənini müdafiə etməyən insan şərəfsiz olur, dinin də müdafiə etməyən insan şərəfsiz insan olar. Biz həm dinimizi həm də vətənimizi müdafiə etməliyik. Bu yolda Hacı İlqarın böyük fəaliyyəti olub. Hacı İlqar öz biliyi ilə getdi Leninqradda universitetə daxil oldu. Atası isə dedi ki, mən xeyir duamı verməyəcəm. Sən ruhani olmalısan, dinimizi qorumalısan. Atasının bir sözü ilə bütün xəyallarını qoydu kənara, başladı dini təhsil almağa. Dünyavi elmlərdə necə qabağa gedirdisə, dini təhsil alanda da çox irəli gedirdi. Həm savadlı, həm də əməl sahibi olduğuna görə bu gün çox böyük hörmətə sahibdir. Bu cür şəxsiyyətləri aparıb zindanda çürütmək, vətənə bəla gəldiyinə işarədir. Mən İlqar və onun kimilərin zindanda saxlanılmasına çox narahatam.

Kimlərinsə sifarişi ilə ruhaniləri, dindarları həbs edirlər. Ona görə də Azərbaycanda narkomaniya sürətlə artacaq. Ona görə də fəsad, oyunbazlıq, insan alveri artacaq. Ruhani bunların əleyhinədir. Siz alimi tutursunuz ki, fəsadın qarşısın alan olmasın. And olsun Allaha, Hacı İlqar kimi ruhani Azərbaycanda 2-3 nəfər ola ya olmaz. Mən bunu onunla dost olmağıma görə yaxud da zindanda olmasına görə demirəm. İki dənə xətt var. Biri Allah, digəri isə şeytan yolu. İndi Allah yoluna dəvət edənləri tutub salırlar zindana, şeytan yolunun qabağın açırlar. Bu heç yaxşı nəticə verməyəcək. Allah hacının qapışın açsın."

 

Hacı Adıböyük. Göytəpə ruhanisi: "Hacı İlqarı saleh bir insan, mömin, pak bir adam kimi tanıyırıq. İstər ictimai fəaliyyətdə istərsə də cəmiyyətdə, hər yerdə faydalı bir insandır. Mömin qardaşdır. Hacı İlqar ittiham olunduğu narkotikin haram olduğunu təbliğ edən adam olub. Narkotikin ictimai fəsadlarından çox danışıb. Həmişə onun əksinə olub. Mümkün deyil ki, o gedə belə işlə məşğul ola. Həqiqətdə Hacı İlqar Allah bəyən bir şəxsdir. Mömin bir insan idi. Hamımız onun həbsindən narahatıq. Hamımız təəssüflənirik. Hacı İlqar həmişə demək olar ki, Qurandan himayət edib, həmişə Allahın haramlarını haram, hallarını da halal bilib. Hicab qadağası zamanı C'lilabadda çıxışlar edib. Hicab və sair məsələlərdə həmişə Hacı İlqar Cəlilabadda hamıdan öndə olub. Hamıdan birinci müdafiə edib, o məsələlərə öz etirazlarını bildirib. Qarşıdan Ramazan ayı gəlir. Bu ay Allahın rəhmət ayıdır, bərəkət ayıdır, məğfirət ayıdır. Bu ayda həm rəhmət var, həm bərəkət var, həm də bağışlanmaq var. Allahdandan bu 3 şeyi cəmi müsəlmanlara arzu edirəm. İnşAllah Allah zindanda, əsarətdə olan müsəlman qardaşlarımızı azad edər bu Ramazanda".

 

Hacı Hacıağa. Cəlilabad Ruhanisi: "Hacı İlqarı mən uşaq vaxtından tanıyıram. Dindar ailədə böyüyüb. Qeyrətli, şücaətli, mərd, vətənpərvər bir insandır. Regionda hörmət sahibi olan insanlardandır. Allahın halal və haramlarını camaata başa salan bir insanın narkotik maddə ilə ittiham olunması özü bir cinayətdir. Alimin hörmətini aşağı salmağa çalışırlar. Alimlər elm oxuyub beyinləri durulub, amma görürsən elə adamlar var ki, hələ də beyinləri dumanlıdır. Ona görə də alimin dediyin heç vaxt başa düşə bilmir. Alimi həbs eləmək istəyirsənsə gərək əvvəl Allahı, sonra Peyğəmbər və Əhli-beyti, daha sonra Quranı və nəhayət sonda alimi həbs edəsən. Çünki alimin danışdıqları bunlardan kənar deyil. O, nə deyirsə Allahdan, Peyğəmbərindən, Quran və Əhli-beytindən deyir, onların dediklərini çatdırır, özündən bir söz demir. Allah zindan olan İlqar və digər qardaşlarımızın qapışın açsın. Allah xalqımızın dumanlı beyinlərini durultsun."

 

Haci Subhan. Göytəpə ruhanisi: "Mən Hacı İlqarı 1994-cü ildən tanıyıram. Gözəl təbliğatçı əqidəsindən dönməyən ruhanidir. Vəfalı bir insandır. Bölgədə tanınmış şəxslərdəndir. O çıxışlarında İslama qarşı atılan addımları qınayırdı. Şəhid Mübarizin evinə getməyidə o təsis etmişdi. Allah qapışın açsın. Dəyərli istifadə oluna bilən ruhanilərimizdəmdəndir".

 

Hacı Mirələm Salmanov Cəlilabad Şəhidlər məscidinin axundu: "Hacı İlqar bizim ən yaxın mömin qardaşlarımızdan biridir. O çox gözəl insandır. Xalqın sevən bir adamdır, millətin sevən bir adamdır. Eyni zamanda çox gözəl bir valideyndir. Regionda tanınmış savadlı ruhanilərimizdən biridir. Seyyid Mübarizin şəhid olmasından sonra Hacı İlqarın təşəbbüsü ilə çox sayda insan Mübarizin evinə ziyərətə getmişdi. Orda da şəhidliklə bağlı çox gözəl bir çıxış etmişdi. O, hicab qadağası və keçirilməsi planlaşdırılan gey paradla bağlı sərt çıxışlar etmişdi. Narazılığını xütbələrində bildirirdi. Biz istərdik ki, qarşıdan gələn mübarək Ramazan ayında Hacı İlqar azadlıqda olsun. Bir yerdə oturub dərdləşək, ondan bəhrələnək."

 

Hacı Miralim Salmanov Cəlilabad ruhanisi: “Mən Hacı İlqarı çoxdan tanıyıram. Onun İslama, vətənə, cəmiyyətə çoxlu xidmətləri olub. O Sovet dönəmindən dini təhsil alıb. Onun həbsidə bu fəaliyyətlərinə görə olub. Alimdi, mömin adamdı. Onun həbsi həm məni, həm də bütün haqq sevərləri narahat edib. Biz onun həbs olunmasını qınayırıq. Ramazan ayı gəlib. Rəhmət ay, mərhəmət ayı gəlib. Allahdan istəyirik ki, şərlənək həbs olunan alimlərimiz, qardaşlarımız, dindarlar tezliklə zindandan buraxılsın, həqiqi cinayətkarlar həbs olunsunlar. Həbsxana onların yeridir".

 

Hacı Mirəziz. Cəlilabad ruhanisi: "Hacı İlqar çox etiqadlı ruhanidir. Allah onu qorusun, hifz etsin, Allah qapışın açsın".

 

Maşallah. Cəlilabad “Milli Qəhrəmanları Tanıtdırma Birliyi”nin sədri: "Mən bu insanı gənclik illərindən tanıyıram. Mənəviyyatlı, əxlaqlı, vətənpərvər insandır. Əsl din xadimidir. Biz ondan ancaq əxlaqi dəyərləri öyrənirdik. Aydın məsələdir ki, o adam şərlənərək həbs olunub."

 

Hacı Əliməhəmməd Həsənov. Göytəpə ağsaqqalı: "Cəlilabadın 20 mindən çox əhalisi var. Kaş 20 mindən 3-4 nəfəri Hacı İlqar kimi olaydı. Dul qadınlara yardım edirdi, yetim uşaqlara baş çəkirdi. Məşhədə getmək istəyənləri Məşhədə göndərirdi. Deyirdi ki, Məşhədə getməyən qalmasın. Mənim kimi yaşlılara hörmət edirdi. Mənim 70 yaşım var. Mən bu yaşıma qədər bir dəfə o cür insan görmüşəm. Kimlər ki, onu şərləyərək həbs edib, onu incidirlər Allah onları zəlil etsin. Mən bundan başqa nə deyə bilərəm."

              

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır