Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : islamquest.net
cümə

13 iyul 2012

19:30:00
329014

Allahın vücudunun sonsuz olması digər varlıqların mövcudluğu ilə ziddiyyətli deyildirmi?

Əgər Allah-taala sonsuz bir varlıqdırsa və hər yeri əhatə etmişdirsə, onda sair varlıqların mövqeyi necədir?

Qısa cavabAllah-taalanın sonsuz olmasının mənası budur ki, Onun müqəddəs zatı hər bir cəhətdən sonsuzdur, bütün sonlara malikdir, fərz olunan hər bir cəhətdə qeyri-məhduddur. Elə bir yer yoxdur ki, Allah orada hazır olmasın. Elə bir zaman yoxdur ki, onda mövcud olmasın, elə bir kamal yoxdur ki, Allah ona malik olmasın. Buna görə də Allahın zatında heç bir hədd-hüdud və sərhəd yoxdur.Allahın sonsuz olmasının mənası bu deyildir ki, cisimlər məkanı tutmuş olduğu kimi, O da hər bir məkanı tutmuş olsun. Əksinə, Allah-taala ümumiyyətlə heç bir məkanda yerləşmir, çünki yalnız cisimlər (eni, uzunluğu və hündürlüyü – həcmi olan varlıqlar) məkan tutur. Allah-taala cisim deyildir ki, hər hansı bir məkanı doldurmuş olsun. Bundan əlavə, məkana sahib olmaq Allah üçün (məkana) ehtiyaclı olmaq və nöqsan sayılır, hər hansı bir şeyin xüsusi bir məkanda məhdudlaşmasını və Allahın hadis olmasını tələb edir ki, bu da Allah üçün qeyri-mümkündür, mütəal Allah belə şeylərdən pak və pakizədir.Ətreaflı cavabBu suala cavab vermək üçün əvvəlcə Allahın sonsuz olmasının mənasını, aləm varlıqlarının Onunla əlaqəsini aydınlaşdırmaq lazımdır. Allahın sonsuz olmasının mənası budur ki, Onun müqəddəs zatı hər bir cəhətdən sonsuzdur və bütün kamallara malikdir.[1]Onun vücudu, fərz olunan hər bir cəhətdə qeyri-məhduddur. Elə bir yer yoxdur ki, Allah orada olmasın, elə bir zaman yoxdur ki, Allah orada mövcud olmasın. Elə bir kamal yoxdur ki, Allah ona malik olmasın.[2]Buna görə də Allahın zatında heç bir hədd-hüdud yoxdur və Quranın buyurduğu kimi:هُوَ اللَّهُ فِي السَّماواتِ وَ فِي الْأَرْضِ“O həm asimanlarda, həm də yerə Allahdır.”[3]Başqa ayədə buyurulur:فَأَيْنَما تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ“Hər yerə üz tutsanız, Allahın vəchi oradadır.”[4]Deməli, Allah hər bir yerdə mövcuddur, hər hansı bir hədd-hüdudla və sərhədlə məhdudlanmır. O, zamanın və məkanın fövqündədir. Allahın sonsuz olmasının mənası bu deyildir ki, O, bütün məkanları doldurmuş olsun; ümumiyyətlə O heç bir məkanı doldurmamışdır, çünki yalnız cisimlərin (həcmə: eni, uzunluğu və hündürlüyü olan şeylərin) məkana ehtiyacı vardır. Allah da cisim deyildir ki, hər hansı bir məkanı tutmuş olsun. Ustad Məkarim Şirazi buyurur: “Allah ona görə cisim ola bilməz ki, hər cisim zaman, məkan, keyfiyyət, xassə, əsər və s. cəhətindən məhduddur və hər bir cisim müəyyən hüdudlara malikdir. Halbuki Allahın zatı hər bir cəhətdən sonsuzdur və qeyri-məhdud olan bir varlıqdır. Aydındır ki, belə varlıq cismin yönlərində – zaman və məkan hüdudlarında həsr edilə bilməz.”[5]Bundan əlavə, əşyaların  məkanda yerləşməsi onların həmin xüsusi məkanda məhdud olmasını tələb edir. Əgər Allahın məkanı olsaydı, onda xüsusi bir məkanla məhdudlanardı ki, bu da Allahın müqəddəs zatının qeyri-məhdud olması ilə uyğun gəlmir.[6]İmam Kazim (əleyhis-salam) buyurur: “Həqiqətən, mütəal Allah həmişə olmuşdur və Onun zamana və məkana ehtiyacı yoxdur. Amma heç bir məkan Allahdan xali deyildir və eyni halda Allah heç bir məkanı tutmamış, heç bir məkanda hülul etməmişdir.”[7]Bir nəfər imam Əli (əleyhis-salam)-dan soruşdu: “Pərvərdigarımız asimanları və yeri yaratmazdan qabaq harada idi?” Həzrət buyurdu: “Hara sualı məkanın sualıdır. Allah heç bir məkanın olmadığı dövrdə mövcud idi.”[8]Digər tərəfdən, Allah-taala zatən hər bir şeydən ehtiyacsız olan bir varlıqdır, bütün mümkün aləmi Ona ehtiyaclıdır. Əgər Allahın məkanı olmalı idisə, vücuda gəlmək üçün həmin məkana ehtiyacı olardı. Belə olan halda artıq Allah-taala vacibul-vücud və zatən ehtiyacsız olan bir varlıq yox, əksinə məkana ehtiyaclı olan bir varlıq olardı. Necə ki, biz insanlar özümüz üçün məkana ehtiyac duyuruq. Əli (əleyhis-salam) yəhudi alimlərindən birinə buyurdu: “Allah-taala məkanı yaratdığı üçün Özünün məkana malik olması qeyri-mümkündür. O, hər hansı bir məkanın Ona özündə yer verəcəyindən çox-çox yüksəkdədir. Məgər öz dini kitablarınızda görməmişsiniz ki, bir gün Musa ibni İmran oturmuşdu. Şərqdən bir mələk gəldi, həzrət soruşdu: “Haradan gəlirsən?” Dedi: “Pərvərdigarımın hüzurundan.” Sonra qərbdən bir mələk gəldi, həzrət soruşdu: “Haradan gəldin?” Dedi: “Pərvərdigarımın yanından.” Üçüncü bir mələk gəldikdə “hardan gəldin?” deyə soruşduqda, dedi: “Yeddinci asimandan – Pərvərdigarımın yanından.” Dördüncü bir mələk gəldikdə soruşdu: “Haradan gəlirsən?” Dedi: “Yeddinci qat yerdən –  Pərvərdigarımın yanından.” Burada həzrət Əli (əleyhis-salam) buyurdu: “Pak və münəzzəhdir ki, O kəs ki, heç bir məkan Ondan xali deyildir və heç bir məkan Ona başqa bir məkandan yaxın deyildir.”[9]Halbuki, əgər Allah-taala məkana malik olan bir varlıq olsaydı, əvvəla, həmin məkanda hüdudlanar və artıq digər məkanlarda mövcud ola bilməzdi. İkincisi, belə olan halda məkana ehtiyaclı bir varlıq olardı, nəinki məkanın xaliqi və yaradanı.Digər bir dəlil budur ki, məkan hədisdir (əvvəlcə olmayıb sonradan vücuda gələn varlıq), o qədim və əzəli deyildir, halbuki Allah-taala həm əzəlidir, həm də əbədidir.[10] Əgər mütəal Allah məkana malik olmalı idisə, onda məkan hadis bir iş olduğuna görə Allah da hadis olar və artıq zatən qədim və əzəli olmazdı. Halbuki, Allah zatən qədim və əzəlidir, buna görə də Onun məkana malik olması qeyri-mümkündür.[11]Amma “Allah hər yerdə vardır” - dedikdə, ümumiyyətlə məqsəd budur ki, Allah məkanın fövqündədir, buna görə də bütün məkanlar Onun müqabilində eyni səviyyəlidir, Allahın vücudu hər yeri əhatə etmişdir və O, hər yerdə vardır.[12]Əbu Şakirin dediyi “yeganə görünməz Allah daşın içində vardırmı?” sualın cavabında İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Hər bir şeyin daxilində və hər yerdə vardır, necə ki, hava hər yerdə olduğu halda görünmür, Allah-taala da hər bir yerdə mövcuddur.”[13]Qurani-Kərim bu barədə buyurur: “Məşriq də, məğrib də Allaha məxsusdur! Hər tərəfə üz çevirsəniz, Allah oradadır. Allah ehtiyacsız və biləndir.”[14]Aləm varlıqlarının Allahla əlaqəsi necədir?Şübhəsiz, aləm varlıqları kəsrətə – çoxluğa malikdir, onların müxtəlif növləri və sinifləri vardır. Amma onların hamısı Allahın sifətlərinin təcəllisi, Onun sonsuz feyzlərindən biri hesab olunur. Cabir imam Sadiq (əleyhis-salam) soruşdu: “Siz qəbul edirsinizmi ki, Allah hər yerdə vardır?!” İmam buyurdu: “Bəli.” Cabir dedi: “Buna əsasən, təsdiq etməlisiniz ki, Allah hər bir şeyin içində də vardır?!” İmam buyurdu: “Bəli.” Cabir soruşdu: “Buna əsasən, məxluqla Xaliqini eyni olduğunu deyənlərin əqidəsi düzgün olmalıdır! Çünki Allahın hər bir şeydə olduğuna inandığımız zaman təsdiq etməliyik ki, hər şey, hətta daş, odun və otlar Allahdır?!” İmam buyurdu: “Belə deyildir! Allah daşda, suda və bitkidə vardır, lakin daş, su və bitki Allah deyildir. Necə ki, yağ çıraqda vardır, lakin çıraq yağ deyildir.”[15]İmran Sabi imam Riza (əleyhis-salam)-dan soruşdu: “Buyurun, Allah məxluqdadır, yoxsa məxluqlar Allahda qərarlaşıb?”Həzrət buyurdu: “Ey İmran! Allah belə sözlərdən pak və pakizədir. İndi Allahın bir lütfünü sənin üçün misal çəkirəm ki, dərk edəsən. De görüm, güzgüyə baxdığın və özünü orada gördüyün zaman sən güzgüsən, yoxsa güzgü səndə qərarlaşıb? Əgər siz ikinizdən heç biri digərinə qarışmırsa, bəs özünü nəyin vasitəsilə onda görürsən?İmran dedi: “Mənimlə güzgü arasında olan işığın vasitəsi ilə.”Həzrət Riza (əleyhis-salam) buyurdu: “O güzgüdə olan nur gözünlə gördüyün nurdan (işıqdan) artıqdırmı?Dedi: “Bəli.”Həzrət buyurdu: “Belə isə, bizə göstər!”İmran heç bir söz deyə bilmədi. Həzrət buyurdu: “Nur həm özünü, həm də güzgünü görməyə bir vasitədir, amma ikinizdən biriniz digərinə daxil olmadan. Deməli, mümkündür ki, Allah-taala da məxluqa təsir qoysun, amma onların içində olmasın, yaxud onlar Allahın içində olmasın.”[16]İmam Əli (əleyhis-salam) bu barədə buyurur:لَيْسَ فِي الْأَشْيَاءِ بِوَالِجٍ وَ لَا عَنْهَا بِخَارِج“O (Allah), əşyaların daxilində deyildir və onlardan xaricdə də deyildir.”[17]Son söz:Həqiqi vücud yalnız Allaha məxsusdur, yerdə qalan varlıqların hamısı Onun feyzlərini əks etdirən sadəcə güzgü kimidir. Onlar Allahın rübubi zatının təcəllisini göstərirlər. Bu da Əli (əleyhis-salam)-ın buyurduğu aşağıdakı kəlamın mənasıdır: “Mən elə bir varlıq görmədim ki, ondan qabaq, ondan sonra və onunla yanaşı Allahı görməmiş olum.”[18]Çünki əgər Allah olmasaydı, heç bir varlıq yaranmazdı. _______________________________-[1] Məkarim Şirazi, Nasir, “Bir müsəlman əqidəsi”, 1-ci çap, səh. 38[2] Məkraim Şirazi, Nasir, “Allahı belə tanıyaq”, “Məhəmmədi” nəşriyyatı, səh. 42[3] “Ənam” surəsi, ayə: 3[4] “Bəqərə” surəsi, ayə: 151[5] Məkarim Şirazi, Nasir, “Bir müsəlman əqidəsi”, səh. 43[6] Yenə orada, səh. 47[7] Səduq, “Tövhid”, 28-ci bab, hədis 12اِنَّ اللهَ تَبَارَکَ وَ تَعَالَي کَانَ لَمْ يَزَلْ بِلَا زَمَانٍ وَ لاَ مَکَانٍ وَ هُوَ الْآنَ کَمَا کَانَ لاَ يَخْلُو مِنْهُ مَکَانٌ وَ لَا يُشْغَلُ بِهِ مَکَانٌ وَ لاَ يَحِلُّ فِي مَکَانٍ[8] Qaimi Əsğər, “Etiqad prinsipləri”,  Qum, elmiyyə hövzəsini müdiriyyət mərkəzi, 65-ci səh. 1378-ci il[9] “İctima”, Təbərsi, 2-ci cild, səh. 313[10] هُوَ الْأَوَّلُ وَ الْآخِرُ وَ الظَّاهِرُ وَ الْباطِنُ وَ هُوَ بِكُلِّ شَيْ‏ءٍ عَليم[11] Şeyx Tusi, “Kəşful-murad fi şərhi Təcridil-etiqad”, “Şəkuri” nəşriyyatı, 1373-cü il, səh. 318[12] Məkarim Şirazi, Nasir, “Allahı necə tanıyaq?”, səh. 81[13] Məhəmmədi Reyşəhri, “İslamda azad bəhs”, Qum elmiyyə hövzəsini islami təbliğat dəftərxanasının nəşriyyat mərkəzi, tir ayı, 1372-ci səh. 58[14] “Bəqərə” surəsi, ayə: 115: وَ لِلَّهِ الْمَشْرِقُ وَ الْمَغْرِبُ فَأَيْنَما تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ إِنَّ اللَّهَ واسِعٌ عَليم[15] Məhəmmədi Reyşəhri, “İslamda az