Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- xəbər agentliyi
çərşənbə

4 iyul 2012

19:30:00
327013

əliyevlər Rejiminin Səmədov Hürküsü

Mehparə Səmədova “Mən kimdən və nə üçün əfv istəməliyəm?... Onlar məndən əfv, üzr istəsinlər”

Mövsüm bəy həbsə düşəndən indiyə qədər oruc tutur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Oyanış Hərəkatının Lideri, Azərbaycan İslam Partiyasının həbsdə olan sədri, Doktor Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova “Media forum” saytına belə deyib: “Mən kimdən və nə üçün əfv istəməliyəm? Tək Mövsüm Səmədov həbs olunsaydı, deyərdim ki, bu onun siyasi fəaliyyəti ilə bağlıdır, amma gör nahaqdan, saxta ittihamla neçə nəfəri həbsə atıblar, onlara necə ağır cəzalar veriblər! Bu mənzərəni görən, bu həyatı yaşayan adam kimi mən əfv istəyərəmmi? Onlar məndən əfv, üzr istəsinlər”. Mehparə Səmədova əlavə edib ki, bu məsələdə Mövsüm Səmədovun nə düşündüyündən xəbərsizdir: “Amma fikirləşirəm ki, o, əfv ərizəsi yazmaz”.

Həyat yoldaşının sözlərinə görə, Mövsüm Səmədov Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra iki dəfə görüşüblər: “Bunlardan biri şüşə arxasından oldu. Digəri isə çox xahişdən sonra həyətdə, qısa müddətə baş tutdu. Qanunla bizə ayda bir dəfə qısamüddətli, 6 aydan bir isə ailəliklə 3 günlük görüş verilir. Biz özümüz müəyyən etməliyik ki, 3 günlük görüşə nə vaxt gedək. Bu barədə hələ fikirləşirik”.

Mehparə Səmədova həyat yoldaşının xeyli zəiflədiyini deyib: “Çox arıqlamışdı. Belə başa düşdük ki, yolladığımız yeməklər ona çatmır. Həm də Mövsüm bəy həbsə düşəndən indiyə qədər oruc tutur. Sonuncu dəfə görüşəndə xahiş elədik ki, orucu saxlasın, bizi nəzərə alsın. Deyəsən, üç-dörd günlük saxlayıb, amma yenidən davam etdirib”.

AİP sədrinin Qəhrəman həyat yoldaşı əlavə edib ki, qaniçən əliyevlər rejimin Təhlükəsizlik Nazirliyinin muzdurları Doktor Mövsüm Səmədovun qorxusundan onu tez-tez sorğu-sual edir: “Sonuncu dəfə mayda olub belə hal. “Avroviziya” mahnı yarışması ərəfəsində Mövsüm bəy xalqa müraciət etmişdi. Bundan sonra o, 11 saylı müəssisədə MTN əməkdaşları tərəfindən sorğu-suala tutulub. Daha sonra onu karserə salıblar. Biz bununla maraqlananda dedilər ki, yox, Mövsüm bəy karserdə deyil, sadəcə 14 günlük karantindədir. Amma sonra özü ilə görüşəndə təsdiq etdi ki, cəzaçəkmə müəssisəsinə gələndə onu 7 gün karserdə saxalayıblar”.

Xatırladaq ki, 2011-ci il oktyabrın 7-də Azərbaycana müssəllət olmuş əliyevlər rejimin Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan İslam Oyanış Hərəkatının Lideri, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova 12 il iş kəsib. Bu il mayın 17-də rejimin Bakı Apellyasiya Məhkəməsi ədalətsiz qərarı qüvvədə saxlayıb. Partiya lideri hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinib. Amma bu çox çəkməyəcək gün gələcək əliyevlər rejimi Misir diktatoru kimi dəmir milələr arxasında törətdikləri hər bir cinaytlərə cavab verməli olacaqlar. İnşəAllah.

       

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır