Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
cümə axşamı

28 iyun 2012

19:30:00
325579

Qoy Bilməyənlər Oxuyub Həqiqəti Görsün

Bəşər Əsəd: Nəyə görə BMT terrorçulrın 5000 dəfə sülh müqaviləsin pozmasını rapotunda qeyd etmir?

Bəşər Əsəd: Türkiyə dövlətinin yürütdüyü siyasət heç də bu dövlətin bütün rəsmilərinin bu siyasətlə razılaşmasının göstəricisi deyildir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriyada İran İslam Respublikası televiziyasının 4 kanalına müsahibə verən Suriya Prezidenti Bəşər Əsəd bir çox məsələlərə aydınlıq gətirib.

Bəşər Əsəd BMT ilə bağlı verilən sualı belə cavablandırıb: Suriyada terrorçu dəstələr 5000 dəfədən çox sülh müqaviləsini pozmuş, dinc insanlara qarşı vəhşiliklər törədərək onların həyatına son qoymuşlar. Bütün bunlar BMT-nin mavi sülh ordusunun gözü önündə baş vermişdir. Əgər mavi dəbilqəlilər öz raportlarında bu hadisələrin heç birini qeyd etmirlərsə deməli məntiq nəticəsi ilə onları Sülh Ordusu adlandırmaq düzgün deyildir...

Bəşər Əsəd bəzi dünya ölkələrinin ona və millətinə qarşı aqressiv reaksiyalar göstərməsinə necə münasibət bəslədiyi sualın cavabın bəyan edərkən deyib: “Dünyanın reaksiyası bizim üçün heç bir əhəmiyyət daşımır. Bizim üçün ən əhəmiyyətlisi xalqın istəyidir”.

Əsəd indiki Türkiyə dövlətinin yürütdüyü siyasəti heç də  bu dövlətin bütün rəsmilərinin yürütdüyü siyasətin olmadığını və türk xalqının iradəsini əks etdirmədiyini bildirib. Suriya Prezidenti türk xalqının Suriyaya müsbət münasibəti ilə türk hökumətinin apardığı siyasəti bir-birinə zidd olduğunu da qeyd edib.

Türkiyənin Suriya xalqına qarşı terror aktların həyata keçirdən yararlılara silah-sürsat verməsini önə çəkən jurnalistin “Siz də bunun müqabilində Türkiyədə buna oxşar hər hansı bir işi görmək əzmindəsizmi?” sualına belə cavab verib: “Biz haçansa bir ölkəyə “Qardaş Ölkə” demişiksə sonradan həmin ölkəni düşmən ölkə adlandırmarıq. Ümumiyyətlə biz günahsız insanların həytaına son qoymaqda şərik olmaq istəmirik”.

2014 cü ildə prezident seçkilərində iştirak edəcəksiniz? Sualına cavab verən prezident bildirib: “Kiminsə ölkəyə başçılıq etməsi xalqın istəyindən aslıdır. Əgər bir xalq kimisə hakimiyyətə gəlməyi layiq görürsə deməli həmin şəxs bu vəzifəni layiqincə yerinə yetirməlidir. Birdə ki, axı hələ seçkilərə iki il qalır bunu indidən demək hələ tezdir”.

Suriya xalqının sevimli prezidenti son söz olaraq İran İslam Respublikası ilə əlaqədar deyib: "İran İslam Respublikası Suriyanın yanındadır və biz də onlara sədaqətlə bağlıyıq".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır