Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Xeber Name
cümə

15 iyun 2012

19:30:00
322561

Reportaj

Mazlumderin baş katibi Ahmet Faruk Ünsalla müsahibə

İstər inanclı olun istəsə inancı zəif, unudulmamalıdır ki insan, dəyərləri və qüruru ilə insandır.

Əhli Beyt -ABNA- xəbər agentliyi- Türkiyənin tanınmış insan haqqları təşkilatı olan Mazlumderin baş katibi və AKP 22-ci dövr millətvəkillərindən olan Ahmet Faruk Ünsalla müsahibə.

Uzun müddətdir Azərbaycandakı hadisələri izlədiyinizi bilirik, bir İnsan Haqqları Təşkilatı baş katibi olaraq necə dəyərləndirirsiniz?

A. Faruk Ünsal: Bəli, Mazlumder olaraq çata bildiyimiz hər yerdə, məzlumun zalıma qarşı səsi olmağa cəhd göstəririk. Azərbaycanla həm qonşuyuq, həm eyni dinin mənsublarıyıq, həm də eyni dili danışdığımız bir qohum birliyiyik. Bu səbəblə Mazlumder olaraq bu ölkədə müşahidə etdiyimiz insan haqqları pozuntularını narahatlıq verici olaraq görürəm. Bu tip təzyiqlərin edildiyi digər ölkələrdə ki mövcud nəticə, hal hazırda ortada ikən bir dövlətin zülmlə varlığını davam etdirmə səyini yaxşı görmürəm.

Azərbaycanda məhbus jurnalist sayı gündən günə artmaqdadır. Son olaraq www.azadxeber.az saytının baş redaktoru Nicat Əliyev həbs olundu və polis tərəfindən işgəncəyə məruz qaldı. Bununla əlaqədar nə söyləyə bilərsiniz?

A. Faruk Ünsal: Azərbaycanı izləyən dostlarımla da etdiyimiz araşdırmalardan əlavə daha əvvəldən hazırladığımız Azərbaycan hesabatımızda bu mövzulara xüsusilə toxunduq.

Döyüş şəraitində belə, bəzi peşələr və təşkilatlar vardır ki; həm beynəlxalq hüquqda, həm də İslam hüququnda bu qruplar toxunulmazdır. Bunların başında;səhiyyə işçiləri və mətbuat qurumlarının mənsubları yer alır.

İnternet xəbərçiliyi beynəlxalq sahədə tam təyin olunmamış bir peşədir amma ictimai təsiri daha çox sürətli olduğu üçün birbaşa hədəfdə olan internet xəbərçiliyi əməkdaşlarının dərhal beynəlxalq qoruma və müşahidəyə alınmaları lazımdır. Azərbaycan təcrübəsindən bunu öyrənməkdəyik.

Əvvəllər millət vəkili olduğunuzu bilirik. Türkiyə təcrübəsini də izah edərək, hələ gənc olan Azərbaycan məclisinə gələcək üçün tövsiyəniz nədir?

A. Faruk Ünsal: Azərbaycanda seçkilərin edildiyi çox demokratik və tərəfsiz edilmədiyinə dair sizin müxalifətin bir çox iddiaları var son seçkilərdə də bunu beynəlxalq müşahidəçilərin bəziləri ictimaiyyətə açıqladı.

Amma heçnəyə baxmayaraq mənim məclisdə olan hörmətli millət vəkillərə tövsiyəm; bir səfər yaşamaq üçün gəldiyimiz dünyada imkanların və mühitlərin bir imtahan vəsiləsi olduğunu unutmamalaradır. İstər inanclı olun istəsə inancı zəif, unudulmamalıdır ki insan, dəyərləri və qüruru ilə insandır. Buna görə; insan haqqlarına hörmət edən, hüquqa bağlı, xalqına qarşı məsuliyyətlərini bilən, gələcəyini düşünən və İmam Hüseynin(ə) Kərbəlada ki səslənişi olan "… AZAD insanlar olun…" dəvətinə razılıq edən məsul insanlar olmalıdırlar.

Jurnalist Nicat Əliyevində, daha əvvəl ki məhbuslar kimi üzərindən narkotik çıxması iddiası ilə həm narkotik istifadə edən bir insan kimi təyin olunması və qanunlarımıza görə cinayət törətdiyi üçün əvvəlcədən hazırlanmış bir ssenari olduğunu bilirik. Siz bu mövzuda MAZLUMDER olaraq nə düşünürsünüz?

A. Faruk Ünsal: Məqsədi evinə çörək aparmaq olan bir insanın müxalif fikirləri səbəbi ilə həbs olunmasına vəsilə olacaq hüquqi dəzgah, həm hüquqa, həm də insanın özünə qarşı etdiyi ən böyük hörmətsizlikdir. Xüsusilə Müsəlman jurnalistlərə edilən bu hərəkətin ardında birdə cəmiyyətə istiqamətli bir mesaj və Müsəlmanlara istiqamətli qəbulu istiqamətləndirmə səyi yəni etibarsızlaşdırma səyi ola bilər.

Bu səy isə müsəlmanlara qarşı istifadə olunan silahdır. Bu silahdan istifadə edənlər isə Qərb və sionist İsraildir. Bu silah daha əvvəldən fərqli insan iqlimlərində istifadə edilmiş sınanmış təsirli bir silahdır. Xüsusilə Azərbaycan kimi enerji anbarı olan ölkələrin daha diqqətli olması lazımdır.

Əgər qurulan hökumətlər siyasi olaraq İsrail və ya qərb tərəfindən istiqamətləndirilirlərsə bu tip həbslərin olması gözlənilməkdədir. Mazlumder olaraq mövzunun əhəmiyyətini bütün dünyaya hesabatımızla açıqladıq və bunu deşifr etməyə də dərman edəcəyik.

MAZLUMDER olaraq həm Nicat Əliyev həm də bütün Azərbaycan üçün bundan sonra hansı planlarınız var?

A. Faruk Ünsal: Yuxarıda toxunduğumuz kimi daha əvvəldən bu vəziyyəti dünya ya eşitdirməyə çalışdıq. Gücümüz ölçüsündə bunun əhəmiyyətini də müsbət mənfi reaksiyalarını da gördük. Bu barədə işlərimizə davam edəciyik. Məzlumun kiçikdə olsa səsi olmağa davam edəcəyik. Nicat qardaşımız və digər mətbuat mənsubu məhbus qardaşlarımız üçündə yerli olan hər hansı bir insan haqqları təşkilatı ilə mətbuat mənsublarına azadlıq kampaniyası icra edə və bunu da Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatına çatdıra bilərik.

Sizlər vasitəçiliyi ilə Azərbaycan xalqını hörmətlə salamlarkən qarşılaşdıqları hər cür insan haqqları pozuntularını bizimlə www.mazlumder.org vasitəsilə internet yazışma və ya məktub ünvanımızdan paylaşmalarını xahiş edirəm.

Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.

Mən sizə bu fürsəti verdiyiniz üçün təşəkkür edirəm və işlərinizdə sizlərə müvəffəqiyyətlər arzu edirəm.

 

Seymur İsmayılov

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır