Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə :
bazar ertəsi

11 iyun 2012

19:30:00
321793

Müqavimət Hərəkatı Davam Edir

Hicab Məhbusu Çingiz Novruzov azadlığa buraxıldı

Bundan sonra nəinki hicaba qoyulmuş qadağa, İslamın dəyərlərinin qorunması üçün malımız və canımızla mübarizə aparmağa hazırıq.

Əhli Beyt -ABNA- xəbər agentliyinin "Azadxeber.az" saytına istinadən verdiyi məlumata görə, 6 may 2011-ci ildə "Hicaba Azadlıq" aksiyasında həbs olunan Çingiz Novruzov dünən saat 18:00-da Ramana qəsəbəsində yerləşən Ədliyyə nazirliyinin 16 saylı cəza çəkmə müəssisəsindən azadlığa buraxılıb.

-Hicab məhbusu olmağınla fəxr edirsənmi?

-Bəli, fəxr edirəm və adla da fəxr hissi duyuram. Bundan sonra da mübarizə aparacağıq.

-Siz həbsxanada olduğunuz zaman təzyiqlər olunubmu?

-Xeyir. İçəridə vəziyyətimiz çox yaxşı idi. Bütün qardaşların hamısı yaxşıdırlar və hamısının sizə salamı var. Başda ruhanimiz Hacı Tale olmaqla. Fürsətdən istifadə edib bir il bir ay müddətində bizə görə narahat olan və əziyyətimizi çəkən bütün bacı-qardaşlarımıza təşəkkürümü bildirirəm. Bundan sonra da inanırıq ki, hicaba qoyulmuş qadağaya ən azından bu şəkildə öz etirazlarını bildirəcəklər.

-Məhbəs həyatından sonra öz həyatını necə davam etdirəcəksən?

-Ruhiyyəmiz zindana düşməmişdən əvvəl bir idisə, indi bu ruhiyyə birə yüz artdı. Biz həmişə İmam Hüseynin (ə) məktəbinin şagirdləri olmağımızla fərəh duyuruq. Bundan sonra nəinki hicaba qoyulmuş qadağa, İslamın dəyərlərinin qorunması üçün malımız və canımızla mübarizə aparmağa hazırıq.

-Məhbəsdə olan digər hicab məhbuslarının vəziyyətləri necədir?

-Çox yaxşıdır. Hətta onlara oxunan hökmlərin müddəti onları heç narahat etmir. Onlar 15 il və hətta ömürlük olsa belə zindanda olmağa hazırdılar. Təki hicab məsələmiz həll olunsun.

-Zindanda hicab məhbusları ilə digər məhbuslar arasında münasibət necə idi?

-Münasibətlər çox gözəl idi. Biz hicab məhbusları kimi zindana gətiriləndə 10 nəfər namaz qılan var idisə, indi onların sayı bir neçə dəfə çoxalıb. Hətta gündəlik camaat namazları iki dəfə qılınırdı. Camaat namazı üçün artıq yer tapmaq olmurdu. Hətta digər maddələrlə həbs olunan məhbuslar deyirdilər ki, kaş biz də sizin kimi hicab uğrunda həbs olnardıq.

-Son olaraq nəyi qeyd etmək istəyirsiniz?

-Bütün qardaşlara və bacılara sözüm budur ki, zindan heç də qorxulu deyil. İnsan var azadlıqda zindandadır, insan var zindanda azadlıqdadır. Nə qədər ki, hicab qadağası həll olunmayıb biz yenə də etiraz edib zindana düşməyə hazırıq.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır