Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
cümə

8 iyun 2012

19:30:00
321042

Şəri Suala Cavab

Bir qolu olmayan kəs necə dəstəmaz almalıdır?

Əgər qol dibindən kəsilərsə həmin üzvün yuyulması artıq əlil şəxsə vacib deyil.

     Əssalamu Əleykum! Necesiniz?

Sizə bir sualım var.

Sual:

   Əgər bir şəxsin iki qolundan birsi yuxari dibindən kəsiilibsə onda o şəxs necə dəstəmaz almalıdır?

 

Sizə öz təşəkkürümü bildirirəm sağolun.

  Bayram

 

Cavab:

 

     Əleykə Səlam və Rəhmətullah. Əlhəmdulillah Uca Allahın himayəsi ilə yaxşıyıq. Siz necəsiniz. Ümüdvarıq dahada yaxşı olasınız. Allah sizi xəta bəlalardan qorusun. Amin!

  Əgər insanın qolu dirsəkdən yuxarı hissədən (siz deyən kimi qolun dibindən) kəsilərsə belə olan halda həmin üzvün yuyulması artıq əlil şəxsə vacib deyil. Çünki yuyulası yer yoxdur. Amma əgər dirsəkdən aşağı hissədən kəsilərsə bu sürətdə hansı miqdarda qoldan qalıbsa həmin miqdarın yuyulması vacibdir.

Sağ olun. Allah amanında.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır