Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Haqq Yolu
şənbə

2 iyun 2012

19:30:00
319566

Həsrətindəyik Sənin

Şuşadan xəbər var

Şüar əhaliyə xatırladır ki, “Vətəni çiçəkləndirən və firavanlaşdıran vətənpərvərlikdir”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən BBC-nin Azərbaycan xidməti Şuşadan reportaj hazırlayıb. Reportajı təqdim edirik.

“Bu gün şəhər sakinlərinin sayı haqqında dəqiq bir məlumat vermək çətindir: 2 min, 3 min, 5 min – müxtəlif rəqəmlər eşitmək olar.

Şuşanın son azərbaycanlı sakini şəhəri 1992-ci ilin may ayında tərk edib. Erməni sakinlərinin bir qismi də yaşayış şəraiti üzündən çıxıb getməyə məcbur olub.

Döyüşlərdən sonra xarabalığa çevrilən yaşayış binalarının və abidələrin əksəriyyəti olduğu kimi də qalır. Ara-sıra bərpa edilmiş və yeni tikilmiş binalar gözə dəyir.

Xaricdəki erməni icmalarının yardımı ilə mühüm sosial-məişət əhəmiyyətli binalar bərpa edilib, turizmin inkişafı qayəsiylə bir-iki hotel tikilib.

Yuxarı məscidə gedən küçə də şəhərin hazırkı vəziyyətini səciyyələndirir.

Şəhər icra hakimiyyəti binası yaxınlığında tam təmir olunmuş yaşayış və inzibati binalar, ötən il istifadəyə verilmiş 9 mərtəbəli hotel bir qədər aralıda küçənin sol tərəfində dağıntılarla təzad təşkil edir.

Bəzi təmir olunmuş binaların üzərində hələ müharibənin izləri tam yox olmayıb. Mərmi partlayışlarının yanğınından qaralmış tüstü ləkələri görünür.

Şüar əhaliyə xatırladır ki, “Vətəni çiçəkləndirən və firavanlaşdıran vətənpərvərlikdir”.

Məscidin ərazisi təmizdir. Qulluq edildiyi hiss olunur.

Lakin qapıları bağlıdır. Son dəfə burada nə vaxt dini mərasim keçerildiyini xatırlamaq çətindir.

Həyətdə qara plitə üzərində həkk olunmuş yazı Yuxarı məscidin tarixi mədəni abidə olduğunu və dövlət tərəfindən qorunulduğunu ərz edir”. (gunxeber)

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır