Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- xəbər agentliyi
bazar ertəsi

28 may 2012

19:30:00
318453

Şəri Suallara Cavab

Kişi qısaqol köynək geyinə bilərmi?

Qısaqol köynəy geyinmək əgər başqasını harama salarsa haramdır. Əgər kimsə bu işdən harama düşməzsə onda məkruhdur.

Bismillahi rəhmanir rahim

Əssəlamu aleykum.

 

Sual:

 

Namaz qılan kişi qısaqol köynək geyinə bilərmi?

 

Teymur.

 

Cavab:

 

Va Aleykə Səlam və Rəhmətullah.

 İslam dinində kişi xəylaqının (istər namaz qılan olsun istərsədə binəmaz) qlsaqol köynək geyinməsi qadınları harama sövq edərsə bu sürətdə qısaqol geyinmək ona haramdır. Lakin əgər bu geyim qadınları harama sövq etməzsə bu sürətdə qısaqol geyinmək məkruhdur (yəni haram deyil lakin şəriət baxımından bəyənilməyən işdir). Amma daha yaxşı olar ki, namaz qılan kişi xəylaqı naməhrəm qadınlar qrşısında qısaqol geyinməsin.

Allah Təbarək və Təala bizim hammımızı onun doğru bəndələrindən olub dininə düzgün əməl edənlərdən qərar versin. Amin!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır