Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Salam News
bazar ertəsi

28 may 2012

19:30:00
318448

Siyasi Təhlil

Heydər Camal Azərbaycanın ardıcıl səhf addımlar atdığını açıqladı

İsrail Azərbaycanla region ölkələri arasında qarşıdurmanın yaranmasında maraqlıdır

Əhli Beyt -ABNA- xəbər agentliyi- "Rəsmi Bakıya Tiflislə münasibətlərini korlamaq əlverişli deyil. Çünki Tiflisin rəsmi Tehranla münasibətlərini yaxşılaşdırması fonunda Bakı üçün əlverişsiz vəziyyət yaranır". Bunu SalamNews-a Rusiyanın İslam Komitəsinin sədri Heydər Camal regional və beynəlxalq məsələlərə toxunarkən bildirib. Onun fikirlərini olduğu kimi oxuculara təqdim edirik.

əvvəli ötən sayımızda... http://abna.ir/data.asp?lang=13&Id=318333

 

Tehran-2012

Son zamanlar Tehran bir neçə istiqamətdə əhəmiyyətli qələbə qazandı. İran birmənalı şəkildə Suriyada qalib gəldi. Bəhreyn məsələsində Səudiyyə Ərəbistanını geri addım atmağa məcbur etdi. İndi Səudiyyə Ərəbistanı ərazisində partizan müharibəsi başlayacaq və onu digər dövlətlər də dəstəkləyəcəklər. Məsələn, Qətər kimi ölkələr anti-Səudiyyə Ərəbistanı mübarizəsini dəstəkləyəcəklər. Çünki ilhaqından ehtiyatlanır. Nəticədə Yəmənə qədər uzanan şiə qurşaq yarandı. İraq tamamilə Tehranın nəzarətinə keçdi. Beləliklə, demək olar ki, vaxtı ilə İmam Xomeyninin qarşısına qoyduğu, lakin SSRİ və Qərbin İraqa dəstəyi nəticədində yerinə yetirə bilmədiyi vəzifəni Aİ həyata keçirdi. Onlar İmam Xomeyni istədiyi kimi, Səddamı asdılar. İran İraq üzərində nəzarəti ələ aldı. İraq kürdləri ilə saziş də onların əlindədir. İraq Kürdistanı İranın dağ separatçılarını dəstəkləmir. Suriyada birmənalı şəkildə Əsədi dəstəklədi və Əsədi devirmək istəyən qüvvələr geri çəkildilər. Türkiyəni də bütün istiqamətlərdə məğlub edir. Ankara Suriya məsələsində geri çəkilib və Tehranla yaxınlaşmaq imkanlarını araşdırır. Əfqanıstanda İranın əhəmiyyəti artmaqdadır. Tehranda keçirilən İslam oyanışı konfransına Pakistandan taliblər qatılmışdılar. Bu isə o deməkdir ki, İran bu gün bütün istiqamətlərdə qalib gəlib və onunla münasibətləri korlamaq, hansısa xəfiyyələri həbs etmək, müsəlmanları sıxışdırmaq, İslam partiyasına təzyiq göstərmək məqsədəuyğun deyil. Bütün bunlar Qərb masonlarının xoşuna gəlmək üçün edilir, amma onlar bunu qiymətləndirməyəcəklər.

İsrail Azərbaycanla region ölkələri arasında qarşıdurmanın yaranmasında maraqlıdır

Birincisi, bu, Rusiyanın, ikincisi isə, İsrailin maraqlarındadır. Çünki Azərbaycan qonşu dövlətlərlə nə qədər çəkişəcəksə, Qərb ölkələri ilə ümumi dil tapmayacaqsa, bir o qədər İsraildən yapışacaq. O da Azərbaycana dost əlini uzatmağa həmişə hazırdır. Bu, rəsmi Təl-Əvivə çox vacibdir, çünki İsrail özü təcrid vəziyyətdədir. Nəticədə çox pis hal alınır – hər şeydən məhrum olanların alyansı və bura təcrid olanlar daxil olur. Əvvəllər belələri Şimali Koreya, Səddam Hüseyn və digərləri idi. Hazırda belə ölkələrin ikinci klubu yaradılır.

Rusiya-Amerika siyasət formatının peyki

Rusiya Cənubi Qafqazdakı vəziyyətlə alver edir. Rusiya sadəcə, Amerika siyasət formatının peyki deyil. O, həm də bu asılılqda reytinqini, kapitallaşmasını yüksəltmək istəyir. Yəni Moskva peyklər arasında rəqabət aparır. Onların hər biri daha əhəmiyyətli olmasını sübuta yetirməyə çalışırlar. Cənubi Qafqaz problemi də Rusiyaya bu sahədə alver etməyə imkan verir. KTMT baş katibi Nikolay Bordyujanın bəyanatı da bu avantüra silsiləsindəndir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır