Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Salam News
bazar

27 may 2012

19:30:00
318333

Siyasi Təhlil

Heydər Camal Azərbaycanın ardıcıl səf addımlar atdığını açıqladı

İsrail artıq ölmüş ulaqdır. Bu baxımdan İsrailə bel bağlamaq heç də uzaqgörənlik sayıla bilməz.

Əhli Beyt -ABNA- xəbər agentliyi- "Rəsmi Bakıya Tiflislə münasibətlərini korlamaq əlverişli deyil. Çünki Tiflisin rəsmi Tehranla münasibətlərini yaxşılaşdırması fonunda Bakı üçün əlverişsiz vəziyyət yaranır". Bunu SalamNews-a Rusiyanın İslam Komitəsinin sədri Heydər Camal regional və beynəlxalq məsələlərə toxunarkən bildirib. Onun fikirlərini olduğu kimi oxuculara təqdim edirik.

Keşikçi Dağ (David Qareci) – Azərbaycan ictimaiyyəti fəallaşmalıdır

Keşikçi Dağ (David Qareci) kilsəsi məsələsində təşəbbüs Azərbaycana məxsus idi. Hətta gürcü məmurları razılaşdılar ki, söhbət Azərbaycan ərazisindən gedir. Düşünürəm ki, bu aksiya Azərbaycan ictimaiyyətinin bir qədər fəallaşması üçün lazım idi. Lakin Bakıya Tiflislə münasibətlərini korlamaq əlverişli deyil. Çünki rəsmi Tiflisin Tehranla münasibətlərini yaxşılaşdırması fonunda Bakı üçün əlverişsiz vəziyyət yaranır. Faktiki olaraq, bu gün rəsmi Bakının müttəfiqi qalmayıb. Gürcüstanla münasibətlərdə problemlər var, İranla – daha pis ola bilməz, Türkiyə ilə problemlər yaranır, çünki bəzi məsələlərdə iki ölkə arasında fikir ayrılıqları mövcuddur. İlk növbədə, bu, İsraillə münasibətlərdir. Məncə, İranla münasibətlərini korlamaqla Azərbaycan qərbmeyilli – islamofob mövqeyini nümayiş etdirməyə çalışır. Lakin Qərb onsuz da buna dəyər verməyəcək. Fransa senatorlarının Dağlıq Qarabağa səfəri göstərir ki, Qərb bütün bunlara diqqət verməyəcək, Azərbaycanı sığallayaraq ermənilərə dəstək verəcək. Çünki Ermənistan hələ Birinci Dünya müharibəsi zamanından həm Qərbin, həm də Rusiyanın agenturasıdır.

İsrail – ləğv edilən brend

Bakı anlamalıdır ki, mason Qərblə oyunlarda güc və vaxt itirir. Onlar üçün Azərbaycan ciddi əhəmiyyət daşımır. Belə qərbmeyilli hərəkətlər Azərbaycanın İran və Türkiyə ilə münasibətlərini korlayır.

Demək lazımdır ki, İsrail artıq ölmüş ulaqdır. İsrailin günləri sayılıdır, bu ölkənin taleyi yaxın zamanlarda həll olunacaq. Bir neçə ildən sonra İsrail mövzu olaraq bağlanacaq. Bu baxımdan İsrailə bel bağlamaq heç də uzaqgörənlik sayıla bilməz. Bu gün Avropa əsasən istiqamət dəyişikliyi aparır, İsraili əhəmiyyətli ölkələr siyahısından çıxarır. İsrail ləğv edilən brendir.

Əlbəttə, hansısa gözlənilməz hadisə baş verməsə, Obama yenidən ABŞ prezidenti seçiləcək. Bu isə o deməkdir ki, ABŞ-ın İrana təzyiqinə son qoyulacaq, çünki Obama bunda maraqlı deyil. İsrailin dəstəyinə son qoyulacaq. Yenidən seçildikdə, Obama ölkəsində yəhudi lobbisinin ləğvinə başlayacaq. ABŞ-ın maraq dairəsi cənub-şərqi Asiyaya, Çinə yönələcək. Səudiyyə Ərəbistanı da Amerikanın dəstəyindən məhrum olacaq. Beləliklə, İran regionda super-dövlətə çevrilmək imkanı qazanacaq. Belə vəziyyətdə rəsmi Bakı Corc Buşun dövründə uğurlu sayıla biləcək xətti həyata keçirir. Obama dövründə isə, bu, uğurlu sayıla bilməz. İsrail sabah heç kim olacaq, İran isə müqəddəratları həll edəcək.

İran – Qarabağ düyünün açılmasında əsas qüvvə

Düşünürəm ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək imkanları 2008-ci il, Gürcüstanla müharibə baş verdiyi zaman ilə müqayisədə azdır. Əslində, Rusiya üçün Ermənistana xatir hansısa münaqişə arzuolunmazdır. Çünki Rusiyanın daxilində vəziyyət sürətlə pisləşir. Rusiya rəhbərliyi düşünə bilər ki, aşağı təbəqənin sosial vəziyyətinin pisləşməsi nəticəsində yaranan gərginliyi Ermənistana yardım "vətənpərvər" müharibə ilə azaltmaq olar. Amma bu böyük səhv olardı. Həm imkanlar, həm əhval-ruhiyyə, həm də atmosfer 4 il əvvəlki kimi deyil. Buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana hansı formada yardım edəcəyi aydın deyil. Belarus nəzərdə tutulursa, bu fikir də şübhə doğurur. Zənnimcə, Bakı ilə Minsk arasında münasibətlərin inkişafı pozitiv ola bilərdi. Azərbaycan üçün bu gün əsas problem Rusiya deyil. Bu gün Azərbaycan üçün əsa problem İranla pis və Türkiyə ilə korlanan münasibətlərdir. Azərbaycan neftinin və siyasətinin belə pis davranışı olmasaydı, erməni məsələsini və Qarabağ münaqişəsini həll etmək olardı. Azərbaycanı KTST deyil, Ermənistanın tərəfində çıxış edə biləcək İran maraqlandırmalıdır. Özü də Rusiya və Qərbin diplomatik dəstəyi ilə müdaxilə edə bilər. Qərbin Ermənistandakı vəziyyətdən İrana müdaxilə üçün istifadə edəcəyinə ümidlər də doğrulmaya bilər. Çünki Obamanın rəhbərliyində olan ABŞ-a, əksinə, İranı dəstəkləmək əhəmiyyətlidir.

Ardını izləyin…

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır