Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
cümə axşamı

24 may 2012

19:30:00
317476

Tarixin Ən Böyük Səhfi

Bakı rəsmilərinin təhqiramiz mitinqlərin ölkə siyasətçiləri qınayır

Lalə Şövkət: Rəsmi nümayəndələrimizin İİR-na qarşı təhqiramiz ifadələrin qətiyyətlə pisləyirəm və qəbulolunmaz sayıram.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Respublikasında hakim partiyanın (YAP) birbaşa təşəbbüsü ilə Dünya Müsəlmanları Liderinə qarşı həyata keçirilən təhqirlər dünya xalqları arasında olduqca çirkin bir əməl kimi qəbul edilməsi ilə yanaşı Azərbaycanda da siaysi liderlər baxımından mənfur bir addım kimi dəyərləndirilir. Belə ki, Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət gündəmin aktual mövzularıyla bağlı “Azadlıq” qəzetinin suallarını cavablandırarkən müxbirin “- Hazırda Azərbaycanla İran arasında ciddi gərginlik yaşanır. Baş verən prosesləri necə qiymətləndirmək olar. Azərbaycanın sərgilədiyi mövqe nə dərəcədə maraqlarımıza uyğundur?” sualın belə cavablandırıb.

- Bu gərginlik məni həm narahat edir, həm təəssüfləndirir. İran Azərbaycanın böyük qonşusudur. Bizim İranla həm tarixi, həm mədəni, həm dini, həm etnik bağlılıqlarımız çoxdur. İranın 35-40 faizi azəri türkləridirlər. Sözsüz ki, Azərbaycanın Iranla problemləri var. Amma bütün bu problemlər heç də həllolunmaz deyillər. Mən həmişə demişəm, bu gün də təkrar edirəm ki, İranla münasibətlərimizin xoşməramlı, qarşılıqlı faydalı olmağı Azərbaycanın maraqlarına uyğundur. O ki qaldı bizim bəzi rəsmi nümayəndələrimizin İrana qarşı təhqiramiz ifadələrinə, bunu mən qətiyyətlə pisləyirəm və qəbulolunmaz sayıram. Təhqir siyasi stilistikaya ziddir və yolverilməzdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır