Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Azadliq
şənbə

12 may 2012

19:30:00
314794

Xalqı Bərbad Günə Qoyanlar

“Özbaşınalıqlara prezident rəvac verir”

Hacıbaba Əzimov: «Azərbaycanda hakimiyyət dəyişməlidir, xalq ayağa qalxıb sözünü deməlidir»

Əhli Beyt -ABNA- xəbər agentliyi- Ölkədə baş verən qanunsuzluqlara, mülkiyyət hüquqlarının pozulmasına ziyalıların etirazları artmaqdadır. Qanunsuz əməllərin qarşısının alınması məqsədi ilə iqtidara çağırış edənlərin sıraları günü- gündən genişlənir. Öz növbəsində hakimiyyət də həmin şəxslərə qarşı təzyiq kampaniyasını şiddətləndirib. Son vaxtlar baş verənlərlə bağlı Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, istiqlalçı deputat, professor Hacıbaba Əzimovun fikirləri ilə tanış olduq.

- Iki gün əvvəl istiqlalçı deputatlar Arif Hacılı və digər vicdan məhbuslarının azad olunması üçün tədbir keçirdi və bununla bağlı ölkə başçısına müraciət etdi. Bundan əvvəl də bir çox şəxslər belə müraciət etsə də, nəticəsiz qalıb. Bunun əvəzində hakimiyyət bütün beynəlxalq təşkilatların hesabatlarına insan haqlarını pozan dövlət kimi düşüb. Niyə hakimiyyət öz imicinin korlanmasına razı olur, ancaq vicdan məhbuslarını azad etmir?

- Bu, həmin adamların normal dövlətçilik və ölkəni idarəetmə təcrübəsinin olmaması ilə bağlıdır. Ya da ki, qəsdən belə hərəkət edirlər. Onlar istəyir ki, ölkəni özləri istədikləri kimi idarə etsinlər. Halbuki dövlətlər, xüsusilə Avropa Şurasına üzv olan ölkələr qanunlarla idarə olunur. Bu rejim başçıları isə Azərbaycanı öz əmlakı hesab edir. Vətəndaşlar da bu əmlakın sahiblərinə xidmət üçün işləməlidir. Beləliklə də bütün Azərbaycan xalqı bir zümrəyə, klana xidmət etməlidir. Əgər kimsə fərqli düşüncə sahibidirsə, ona qarşı repressiya başlayır. Bunların düşüncəsi budur. Xalqı, müxalif fikirli adamları təzyiq, qorxu altında saxlamaqla öz hakimiyyətlərini davam etdirmək niyyətindədirlər. Hesab edirlər ki, guya bu yolla bunların hakimiyyətinin ömrü daha uzun ola bilər. Amma bu səhv düşüncədir, dövlətçilik prinsipinə tamamilə ziyanlı bir mövqedir. Arif Hacılı Azərbaycanın Milli Azadlıq Hərəkatının rəhbərlərindən biri olub. Milli Məclisin üzvü olduğu müddətdə mühüm qanunların qəbul olunmasında fəal rol oynayıb. Həmçinin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində ən fəal iştirakçılardan biri olub. Dövlət müşaviri vəzifəsində işləyib. Indi də Azərbaycanın önəmli partiyalarından birinin sədr müavini və Mərkəzi Aparatının rəhbəridir. Bu adam heç bir qanuni əsas olmadan mitinqə gedərkən yolda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Dünyada belə şey yoxdur. Istəyirlər insanlar səslərini çıxarmasın. Hakimiyyətdə korrupsiyaya qurşanmış, millətin sərvətlərini oğurlayan məmurların əməllərinə qarşı heç kim danışmasın, öz sözünü deməsin. Ancaq bu mümkün olan şey deyil. Arif Hacılı və digərləri Azərbaycanda baş verən antimilli fəaliyyətin, özbaşınalığın əleyhinə danışmaq, ölkədə normal açıq cəmiyyətin, demokratik ənənələrin bərqərar olması üçün mitinqə gediblər. Bizim millətin ali mənafeyinə uyğun mövqe tutduqlarına, dövlətçilik mənafeyindən çıxış etdiklərinə görə həbs olunublar. Əslində bu günah və cinayətdir ki, millətin vicdanlı, qeyrətli oğullarını öz sözünü açıq deməsinə, hakimiyyətdəki məmurların özbaşınalığa qarşı çıxış etdiyinə görə həbs edirsən. Ona görə dünyada bu məsələlərə diqqət edilir. Ancaq yenə də nəticə çıxarmırlar. Bu da hakimiyyətin ziyanınadır. Tarixdən dərs götürə bilmirlər. Buna qabiliyyətləri də yoxdur. Heç olmasa “ərəb baharı”na baxsınlar ki, diktatura hakimiyyətlərinin sonu necə oldu. Biz istəmirik ki, Azərbaycanda qanlı hadisələr olsun. Ona görə də sivil yolla, siyasi tələblərlə hakimiyyəti qanundan kənar hərəkətlərdən çəkindirməyə çalışırıq.

“Prezident səlahiyyətlərini aşır”

- Azərbaycanda insan haqlarının, mülkiyyət hüquqlarının pozulması artıq dünyanın diqqətindədir. Ancaq hakimiyyət xaricdən gələn tənqidləri ya erməni lobbisi, ya da bu ölkələrin Azərbaycandakı inkişafı gözü götürməməsi ilə izah edir. Belə reaksiyanı necə qiymətləndirirsiniz?

- Özlərinin qəbul etdiyi qanunlara hörmət etmirlər, nə də Azərbaycan xalqının haqqını, vətəndaşların mülkiyyət hüququnu tanımaq istəmirlər. Düşünürlər ki, hamının əmlakını zorla əlindən ala bilərlər. Halbuki konstitusiyada yazılıb ki, Azərbaycan demokratik, dünyəvi, hüquqi dövlətdir. Orda yazılmayıb ki, prezident vətəndaşların mülkiyyətinin satınalması məsələsinə özü qiymət qoya və məsələni istədiyi kimi həll edə bilər. Hakimiyyət qanunlara əməl etmir. Nə istəyirlər, onu da edirlər. Prezident dövlət müşavirəsində dedi ki, Heydər Əliyev sarayının arxasında söküntü gedir və orda bir kvadrat metrə görə 1500 manat kompensasiya ödənilir, ancaq bundan narazılıq edirlər, bu, yolverilməzdir. Belə bir söz də dedi ki, orda elə evlər var, onlara ev demək mümkün deyil. Həqiqətən də belə evlər olub. Onda necə olur ki, həmin o evlərə də, yüksək təmirli mənzillərə, memarlıq abidələrinə görə də eyni kompensasiya verilir. Prezident bununla səlahiyyətlərini aşır. Qiymət qanunvericiliklə müəyyən olunmalıdır. Bazarda bu mənzilin qiyməti nədirsə, ona uyğun da vətəndaşın haqqı ödənilməlidir. Vətəndaşla bu məsələ razılaşdırılmalıdır. Qanunlarda bunların hamısı var. Ancaq prezident deyir ki, biz özümüz qiymət qoymuşuq, hamıya eyni kompensasiya ödənilməlidir. Bu, özbaşınalıqdır və prezident buna rəvac verir. Buna görə də Hacıbala Abutalıbov da deyir ki, prezidentin tapşırığı ilə şəhərin filan hissəsi sökülsün. Bunun üçün əslində Nazirlər Kabinetinin qərarı olmalıdır. Söküntü yerində nə tikiləcəksə, onun təsdiq olunmuş layihəsi olmalıdır. Bunların dövlətçilik anlayışı yoxdur, bir nəfərin, diktatorun hökmü ilə nə istəyirlər, onu da edirlər. Bu yaxınlarda Nazirlər Kabinetinin iclasında prezident deyib ki, kompensasiya ilə razılaşmayanlar təxribatçı qüvvələrdir. Heç kim də gedib onunla söhbət etmir ki, axı mənzillər eyni qiymətdə ola bilməz. Bu məsələ Azərbaycanın qanunlarına müvafiq həll olunmalıdır. Məhkəmələrə yüzlərlə müraciət olunub, ancaq heç kəsin haqqı ədalətli şəkildə həll olunmayıb. Çünki məhkəmələr də “prezident belə deyib, belə də olacaq”-formulu ilə qərar çıxarırlar. Belə ölkə olmaz. Dünyada Azərbaycanı biabır edirlər. Gedib bir çox xarici ölkələrdə kilsələri, təmir edirlər, park salırlar ki, guya bu yolla Azərbaycanın imicini qaldırmaq istəyirlər. Xalqın pulunun hesabına özlərini xeyriyyəçi kimi təqdim edirlər. Azərbaycanda nə qədər bərpa olunmalı tarixi abidə var. Camaatın əmlakı əlindən alınır, onların haqqı ədalətli şəkildə ödənilmir. Ancaq xalqın pulu xaricdə sərf olunur. Ona görə də xalq ayağa qalxıb sözünü deməlidir.

“Baş verənlərə biganə qalan ziyalı deyil”

- Əgər əvvəllər ölkədəki vəziyətlə bağlı siyasi partiyalar danışırdısa, indi ziyalılar da meydandadır. Ancaq YAP rəhbərliyi ziyalıların siyasətə qoşulmalı olmadığını deyir, hətta onları təhqir etməkdən belə çəkinmirlər. Belə vəziyyəti necə dəyərləndirə bilərsiniz?

- Əgər Azərbaycanda hansısa məmur xalqın cibinə girirsə, əmlakını mənimsəyirsə, dövlətin büdcəsindən oğurluq edirsə, buna biganə qalan adam əslində ziyalı deyil. Buna qarşı çıxış etmək isə siyasətlə məşğul olmaq demək deyil. Ziyalı millətin dəyər daşıyıcısı olmalıdır. Əgər kimsə millətin mənafeyi əleyhinə hərəkət edirsə, ziyalı sözünü deməlidir. Yoxsa ziyalı da məmurlar kimi qoşulub oğurluq etməlidir? Ziyalılar Forumunda toplaşan Azərbaycanın görkəmli, qeyrətli, vicdanlı ziyalıları sözlərini deyir. Özü də çox yumşaq şəkildə bunu edirlər. Sadəcə pisləyirlər ki, belə olmaz, ayılın, başa düşün. Bu yaxınlarda bir deputat Azərbaycan xalqını dünya miqyasında şərəflə təmsil edən, başını ucaldan Rüstəm Ibrahimbəyovun dönük çıxdığını deyib. Hansısa məmurun ziyanlı hərəkətini, oğurluğunu dilə gətirmək dönüklükdür? Əksinə, dönük bunu edənlər və ona haqq qazandırmaq, oğru məmurlara yaltaqlanmaq istəyənlərdir. Amma bunu dilə gətirən R.Ibrahimbəyov kimi adamlar xalqımızın ali mənafeyinə, dövlətçilik ənənələrinə sadiq olduqlarını, bu millətin vicdanlı, qeyrətli övladları olduqlarını sübut edirlər. Ancaq onların əleyhinə danışanların şəxsiyyətinə, yaşadığı ömrə baxanda, çoxlu çirkab görmək olar. Çirkin əməlləri aşkara çıxarmaq olar. Bəzilərinin əlləri korrupsioner məmurların cibindədir.  Belə danışanların aqibətinin necə olduğunu tarixdən öyrənsinlər. Çox çəkməyəcək, bunlar layiq olduqları cəzanı da alacaqlar. Bilməlidirlər ki, haqq sözünü deyən adamların qarşısını belə yaramaz hərəkətlərlə almaq mümkün deyil. Əksinə, belə hərəkətlərlə əsil ziyalıların öz sözləri nəinki Azərbaycanda, bütün dünyada deməsinə təkan verirlər. 

“Hər elmi dərəcəsi olanı ziyalı saymaq olmaz”

- Haqqı sözünü deyən ziyalalara qarşı hakimiyyət ona xidmət edən ziyalıları çıxarır. Belələrinə sözünüz nədir?

- Insanları elmi dərəcəsinə görə ziyalı adlandırmaq olmaz. Ziyalı Azərbaycan dövləti naminə sözünü deyən, millətimizin ali mənafeyini güdən insanlardır. Yaxşı görkəmli alim ziyalı mövqeyindən çıxış edirsə, bu çox xoşdur. Bu Allaha da, millətə də xoş olur. Ancaq dediyiniz adamlar öyrədilmişlərdir. Əksəriyyətini belə müraciətlərə imza atmağa məcbur edirlər. Onlarda da qorxaqlıq var. Bu qorxaqlığı aradan götürmək lazımdır. Hər kəs gərək özündə güc tapa, haqqı nahaqqa qurban verməyə. Bu, özünə ziyalı deyən adamın borcudur. Sifarişlə danışan insanların özləri də bu hakimiyyətin əməllərindən əziyyət çəkir. Əslində qəlbən onlar da əsl ziyalıların tərəfindəndir. Ancaq ruhən azad deyillər. Bəziləri də var neçə sifətə düşüb, büqələmun kimi tez-tez sifətlərinin rəngini dəyişir ki, deputat kürsüsü tutsun və müəyyən qədər sərmayə əldə etsin.

Xalq da kimin kim olduğu bilir və qiymətini verir.

“Deyilənləri inkar etməyə cəsarətləri yoxdur”

- Son vaxtlar Qərb mətbuatında hakimiyyətin yüksək eşalonunda təmsil olunanların korrupsiya əməlləri ilə bağlı sübutlü-sənədli məlumatlar dərc edilir. Ancaq hakimiyyət buna süstlüklə cavab verir. Bunun səbəbi nədir?

- Bunu dana bilmirlər, inkar etməyə cəsarətləri və imkanları yoxdur. Bunlardan biri də Dubaydakı villalar məsələsi idi. O məsələ qalxanda Əli Həsənov dedi ki, Ilham Əliyev 90-cı illərin əvvəllərində bizneslə məşğul olub. O vaxt qazandığı pullarla alıb. Ilham Əliyev bizneslə məşğul olub pul qazananda Arif Hacılı və digər istiqlalçı deputatlar, xalq hərəkatı üzvləri Azərbaycanı müstəqil görmək üçün mübarizəyə atılmışdı. Müstəqillik üçün öz həyatını təhlükəyə qoyan insanlar indi təqib olunur, işsiz qalır, həbs olunur. O vaxtı bizneslə məşğul olanlar, müstəqilliyin əleyhinə çıxış edənlər indi  yüksək vəzifə tuturlar. Bu, anormal vəziyyətdir. Postsovet ölkələrin heç birində belə anormallıq yoxdur. Ona görə Azərbaycanda hakimiyyət dəyişməlidir. 

Bu hakimiyyətin istefası tələb edilməlidir

- Ziyalılar, müxalif qüvvələr hakimiyyətdən islahatlar tələb edir. Ancaq iqtidar buna getmək istəmir. Sizcə, hakimiyyətdən islahatlar gözləməyə dəyər, yoxsa başqa