Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyinin
şənbə

12 may 2012

19:30:00
314752

Şəri Sual və Cavab

Xanım hicablı deyilsə həyat yoldaşı nə etmlidir?

Asalamu aleykum!

 

Sual:

   Man namaz qiliram.  həyat yoldaşım da namaz qilir amma hicab taxmır. man bu halda neynamaliyam?

 

Teymur

 

Və Əleykumus Səlam və Rəhmətullah

 

Cavab:

           

   Allah Təala Qurani Kərimdə ailə başçısından (yəni evin kişisindən) iki şeyi tələb edir.

1)    Ailə üzüvlərinə namaz qıldırmağı (Öz ailənə namaz qılmağı əmr et. Və bu işdə dözümlü ol. Sürə Taha. Ayə 132).

2)    Öz xanım və qızlarına hicaba düzgün riayyət etməsini (Ey Peyğəmbər! Öz xanımlarıva, qızlarıva və mömünə xanımlara əmr et çadra bağlasınlar. Hicaba riayyət etmələri onların cəmiyyətdə pak qadınlar kimi tanınmasına səbəb olacaq və kimsə onlara -sataşmaqla- əziyyət edə bilməz. Sürə Əhzab. Ayə 59).

Göründüyü kimi həyat yoldaşından namaz qılmağı və hicabına düzgün riayyət etməsini düzgün formada tələb etmək bütün ailə başçılarına vacib olan bir əməldir. Amma gərək bu işdə ilk növbədə:

1-    Maarifləndirmə işlərini aparasınız.

2-    Xanımınızı hicablı və təqvalı xanımlarla dostluq əlaqələrini qurmağa sövq edəsiz.

3-    Xanımınıza Qurani Kərimdə buyrulduğu kimi, hicablı olmaq qadını pis insanların çirkin niyyətlərindən amanda saxlamasını anlatasız.

 

Allah Xanım Fatimeyi Zəhra xatrinə bütün şəri arzularımızı həyata keçirtsin. Amin!

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır