Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- xəbər agentliyi
bazar ertəsi

23 aprel 2012

19:30:00
310807

Şəri Sual və Cavab

Musiqi alətlərinin hökmü nədir?

Musiqi alətləri haramdırsa bəs icazəli mahnıları oxuyanlar lazımı musiqi alətlərin haradan almalıdır?

Salam əleykum və rəhmətullah!

 

      Allah sizlərdən razı olsun ki, vaxt tapıb sualllarımıza cavab yazırsız. Sizə daha bir sualım var.

 

      Sual:

 

Musiqi alətlərin satışı haramdır. Bəs icazə verilən mahnılar (məsələm surudlar) oxuyanlar lazım olan musiqi alətini hardan almalıdırlar?

 

Allah razı olsun!

Muşfiq.

 

      Cavab:

 

            Musiqi altlərinin satışının haram olması heçdə bütün təqlid mərcələrinin nəzərində eyni deyildir. Bir dəstə müctehidlərimiz musiqi alətlərinin satışını haram bilmirlər sadəcə bu alətlərlə haram musiqilərin ifasın düzgün saymır və haram hesab edirlər. Digər müctehidlərimiz isə yalnız haram mahnıarın ifasına aid olan musiqi alətlərinin satışın haram bilirlər. Misal üçün gitara. Bu musiqi aləti yalnız haram musiqilərin ifasında istifadə olunur. Ancaq baraban və yaxud şeypur və bunun kimi musiqi alətləri ki, həm haram həm də halal musiqilərin ifasında istifadə edilir bu tipli musiqi alətlərinin satışı haram deyildir. Ümumiyyətlə belə fikir ayrılığı olan məsələlərdə hər kəs mütləq öz mütehidinə müraciət etmlidir.

Allah dübya və axirətdə sizləri İmam Zaman (Allah Təala onun zühurun tezləşdirsin) ağamızdan ayrı salmasın. Amin!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır