Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Azadliq
çərşənbə

11 aprel 2012

19:30:00
308217

Rejimin Paslı Zəncirləri

Bu hakimiyyət oğurluğa, harama söykənib

Vidadi Mirkamal: «Korrupsiyanı aradan qaldırmaq üçün dövlət başçısı özü ailəsindəki korrupsiyanı və rüşvəti aradan qaldırmalıdır»

Əhli Beyt -ABNA- xəbər agentliyi- Yeddi illik fasilədən sonra Ictimai Palatanın aprelin 8-də keçirdiyi aksiya narazı təbəqənin hakimiyyətə qarşı səfərbər olunması baxımından mühüm addım oldu. Bunu həm yerli, həm də xarici ekspertlər vurğulamaqdadırlar. Bugünki müsahibimiz IP Koordinasiya Şurasının üzvü, ədliyyə generalı Vidadi Mirkamal da hesab edir ki, 8 aprel aksiyasının əhəmiyyəti böyükdür. V.Mirkamalla müsahibəyə onun aksiyaya münasibətini öyrənməklə başlasaq da, müsahibənin gedişində ölkədə baş verən hadisələrə də toxunduq:

Gözləntilərimiz özünü doğrultdu

- Uzun müddətdir ki, Azərbaycanda sərbəst toplaşmaqla bağlı ciddi problem var. Iqtidarın icazəli aksiyaya icazə verməməsi ona gətirib çıxarmışdı ki, iqtidardan narazılıq ayrı-ayrı qruplar halında yerlərdə, qəzetlərdə üzə çıxırdı. Ictimai Palata olaraq cəmiyyətlə, əhali ilə ünsiyyətin yaradılmasını vacib sayırdıq. Azərbaycanda müxalifəti o dərəcədə sıxışdırıblar ki, müxalifət yalnız bir-iki qəzet vasitəsilə mövqeyini cəmiyyətə çatdıra bilir. Amma o da məlumdur ki, insanların böyük bir qisminin hətta gündəlik qəzet almağa belə imkanları yoxdur. Müxalifət televiziya auditoriyasından məhrum olub. Belə halda müxalifətin yalnız bir yolu qalırdı. O da kütləvi aksiyalardır. Yəni icazəli aksiyaya gedərək insanları bir araya gətirmək, onların insanların içərisində olan narazılığın püskürməsinə imkan yaratmaq idi. Uzun müddətdir ki, biz aksiyaların keçirilməsinə çalışsaq da, hakimiyyətdəkilər inadkarlıq göstərərək şəhərin kənarını göstərirdilər. Sonda biz qərara aldıq ki, bu məkanların birində aksiya keçirək. Çünki insanlarla hər hansı formada təmasda olmaq lazımdır. Bununla biz eyni zamanda Ictimai Palatanın gücünü də yoxlamaq istəyirdik. Gözləntilərimiz özünü doğrultdu.

Iqtidar aksiyaların dəyişikliyə aparacağını bilir

- Hakimiyyətin aksiyanın keçirilməsi üçün kifayət qədər ucqar məkanı seçməsinə baxmayaraq, bura gələn vətəndaşların da qarşısını almağa çalışdı. Aksiya iştirakçılarından bəzilərinin mitinq qabağı saxlanması, vətəndaşlara yaradılan nəqliyyat prolblemləri bunu bir daha sübut edir. Bu davranış nədən xəbər verir?

- Hakimiyyətin bu cür davranışının bir neçə səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, hazırda iqtidar hansı cinayyətlərə imza atdğını gözəl bilir. Ona görə də hətta 5-10 nəfərin bir araya gələrək etiraz səsisini ucaltması onlar üçün ciddi məsələdir. Ikinci səbəb isə budur ki, hakimiyyət gözəl bilir ki, Azərbaycanın yeni tarixindəki iqtidar dəyişiklikləri mitinqlər vasitəsilə olub. Bunun üçün 1989, 1990, 1993-cü il mitinqlərini xatırlayın. Ölkədə kütləvi aksiyalar həmişə hakimiyyətə təzyiq vasitəsi olub və bu təzyiqə davam gətirə bilməyən iqtidarlar postlarını təhfil veriblər. Sonuncu səbəbə gəlincə isə, hakimiyyət gözəl anlayır ki, əgər kütləvi aksiyalara tam imkan yaradılsa, narazı kütlə tədricən prosesə qoşula bilər. Bu gün siyasətə qoşulmayan insanların hamısının müxalifəti dəstəklədiyini söyləmək də düzgün olmazdı. Ona görə, müxalifətin bu mərhələdə birinci vəzifəsi o narazı elektoratı aktivləşdirmək, özünə cəlb etməkdir. Belə olan halda, biz buna nail olsaq, demokratik dəyişiklikləri reallaşdıra bilərik. Bu gün siyasətə qoşulmayan insanların içərisində hüququ pozulan vətəndaşlar, taksi sürücüləri, mülkiyyəti əllərindən alınanlar var. Əgər bu dəstəyi biz tam ələ ala bilsək, o zaman müxalifət hakimiyyəti məcbur edə bilər ki, demokratik seçkilər, dəyişikliklər olsun. Ikinci yol isə ondan ibarətdir ki, əgər xılqın dəstəyi buna imkan verərsə islahatlara getməyən hakimiyyət dəyişdirilsin. Ona görə də aksiyalar hakimiyyəti qorxudur. Bu züdən insanların bir yerə toplanmasının qarşısını almağa çalışırlar.

Ictimai Palata demokratik güclərlə danışıqlar aparır

- Ictimai Palatanın son aksiyasında bir sıra digər müxalif təşkilatların da təmsilçiləri iştirak etdilər. Ziyalılar Forumu da bir müddət əvvəl aksiya keçirmək niyyətində olduqlarını bəyan etmişdi. Gələcəkdə eyni mövqeni paylaşan təşkilatlarla əmakdaşlığın formaları tapılaraq, birgə aksiyaların keçirilməsi mümkündürmü?

- Hakimiyyətin demokratik islahatlara məcbur edilməsi üsulları və vasitələri deyəndə mən yalnız Ictimai Palatanı nəzərdə tutmuram. Hesab etmirəm ki, Ictimai Palata Azərbaycanda narazı elektoratın toplaşdığı yeganə yerdir. Sadəcə olaraq, Ictimai Palata narazı elektoratı biraraya gətirmək qüvvəsində olan bir avanqard qurumdur. Demokratik düşərgəni təmsil edən şəxslərin heç də hamısı bu gün üçün Ictimai Palatada deyil. Əlbətdə biz arzu edirik ki, Azərbacanda demokratiya istəyən, xalqın yanında olan partiyalar, təşkilatlar biraya gələrək güclərini və səylərini birləşdirsinlər. Eyni zamanda da bu həm də Azərbaycan cəmiyyətinin sifarişidir. Vətəndaşlarımız eyni düşüncəni daşıyan demokratik qüvvələri bir arada görmək istəyir. Başqa ölkələr üçün bu bir qədər yabançı tendensiyadır. Vacib deyil ki, mübarizə aparan təşkilatların hamısı bir arada olsun. Ancaq Azərbaycan insanı düşünür ki, müxalifətin bir ünvanı olmalıdır. Müxalifət çəkici bir yerə vurmalıdır. Sizə məlumat verim ki, Koordinasiya Şurası məni, Ibrahim Ibrahimlini və Mehriban Vəzri Azərbaycanda olan demokratik düşüncəli insanlarları, strukturları əməkdaşlığa cəlb etməyə səlahiyyətləndirib. Biz əməkdaşlığın yollarını araşdıraraq, nəhayyətdə geniş bir demokratik konfransın təşkilinə çalışırıq. Ümidvaram ki, biz Azərbaycanda demokratik düşüncəli insanların məclisini toplamağa nail olacağıq.

Demokratik dəyişiklərin olacağını hakimiyyət dərk etmir

- Hakimiyyətə qarşı beynəlxalq aləmdən ciddi təpkilər gəlsə də, iqtidarın onlara reaksiyası dəyişməz olaraq qalıb. Hakimiyyət iradları qulaqardına vuraraq beynəlxalq aləmlə münasibətlərini daha da gərgcinləşdirmək xətti tutub?

- Beynəlxalq təşkilatların Azərbaycana birmənalı reaksiyası budur ki, ölkədə demokratik institutlar bərqərar olunmalıdır. Bir müddət Qərbin enerji maraqlarını demokratik dəyərlərə qurban verdiyi görünürdü. Amma ərəb baharından sonra bütün dünyada prioritet insan haqları və demokratik dəyişikliklərdir. Azərbaycan hakimiyyətinə təzyiqlər xeyli artıb. Bütün bunların fonunda hakimiyyət beynəlxalq təşkilatları ya ermnipərəstlik də, ya da Azərbaycanın xeyrini istəməməkdə qınayır. Bu iqtidar hələ ki, bu iradlara, təzyiqlərə dözür. Bunun bir neçə səbəbi var. Biri odur ki, Qərb tərəfindən buraxılan səhvlər hakimiyyəti davamlı edir. Amma  onu da vurğulamaq lazımdır ki, bu hakimiyyət hələ beynəlxalq aləmdə olan prosesləri tam dərk etmir. Bunlar dərk etmirlər ki, demokratik dəyişiklər əvvəl-axır Azərbaycana çatmalıdır. Ictimai Palata “avtoritarizmdən demokratiyaya yumuşaq keçidin yol xəritəsində” Azərbaycanda dəyişikliklərin acı nəticələrinin olmaması üçün təkliflər verib. Həmin təkliflərə uyğun olaraq hakimiyyət köklü, radikal islahatlara getməlidir. Bəzi iqtidar  nümayəndələri kampaniyalar aparırlar ki, müxalifət qocalıb, yorulub, müxalifətdə bir partiya sədri postunu 20 ildir ki, tuturlar. O zaman sual olunur. Məgər hakimiyyətdə 20 ildir nazir olan şəxslər azdır? Müxalifət düşərgəsində elə bir hakimiyyət səlahiyyəti yoxdur. Amma iqtidar tam başqa anlayışdır.

Məgər Ramiz Mehdiyev, Artur Rəsizadə  cavan siyasətçidir. Hakimiyyətin yüksək təbəqəsi dəyişmədiyindən, idarəçilik təfəkkürü də dəyişməyib. Bunlar sovet dövründən qalma insanlardır. Ona görə dünyada gedən proseslərə də sovet dövrünə xas reaksiya verilir.

- Hakimiyyət bir müddət əvvəl Amerikanı və onu tənqid edən beynəlxalq təşkilatları hədəfə almışdı. Hazırda Almaniyadan səslənən tənqidlərdən sonra tez-tez Almaniya hakimiyyətin kampaniyasına tuş gəlir. Bu nə dərəcədə məntiqlidir və AzTv səviyyəsində dünyada nüfuzu olan dövlətə cavab vermək nə vəd edir?

- Hakimiyyətin Qərbə qarşı kampaniyası və təbliğatı heç zərrə qədər də nəticə doğura bilməz. Bir külək qayadan nə apara bilərsə, hakimiyyətin də təbliğatı o nəticəni verə bilər. Onlar sadəcə daxili rəyə hesablanmış kampaniya aparırlar. Hakimiyyətin qurduğu sistem, oğurluğa, harama söykənir. Qərbin Azərbaycanda istədiyi dəyişikliklər rejimin mahiyyəti dəyişmədən, korrupsiya yox olmadan mümkün deyil. Korrupsiyadan bir müddət əl çəkilməsi kiçik bir titrəyiş hakimiyyət üçün dağıdıcı oldu. Bu hakimiyyət sistemi dəyişmək əzmində olmayanların idarəçiliyidir. Korrupsiyadan xilas olmaq lazımdır. Bunu ölkə başçısı cəmiyyəti, ziyalıları köməyə çağıraraq etməlidir. Korrupsiyanı real aradan qaldırmaq üçünsə dövlət başçısı özü ailəsindəki korrupsiyanı və rüşvəti aradan qaldırmalıdır. Bütün bunlar bir-birilə bağlıdır. Hakimiyyət nə daxildən, nə də xaricdən gələn demokratiya tələblərini yerinə yetirə bilməyəcək.

Hakimiyyət nəyə görə orta təbəqənin yaranmasını istəmir?

- Hazırda ölkə bir barıt çəlləyini xatırladır. Hazırda bir neçə regionda sırf hakimiyyətin idarəçiliyi ilə bağlı problemlər yaşanır. Amma bütün bunlara baxmayaraq hakimiyyət onların çözülməsi üçün addımlar atmır? Regionlarda get-gedə artan narazılıq nəyin simtomlarıdır?

- Zəlzələdən öncə kiçik təkanlar olur. Azərbaycanın regionlarında zəlzələ effekti gedir. Amma baş verənlər hakimiyyətə təsir etmir. Amma bütün bunlar Azərbaycanda ciddi sosial partlayışa, inqilaba səbəb ola bilər. Hakimiyyət ölkəni buna doğru aparır. Biz Azərbaycanın dağıdıcı proseslərlə üzləşməməsi üçün çalışırıq. Bir ziyalı olaraq istəməzdim ki, Azərbaycanda dağıdıcı proseslər olsun. Bunun nəticəsində Azərbaycan xeyli şeylər itirə bilər. Azərbaycanda hakimiyyət orta təbəqənin yaranmasına qarşı çıxır. Azərbaycanda həddindən artıq varlılar və kasıblar var. Orta təbəqə olanda cəmiyyətin müqavimət gücü böyük olur. Amma hakimiyyət orta təbəqəni məhv edib.

- Quba hadisələrinin baş verməsində əsl günahkar olan rayon rəhbərliyi həbs olunmaq yerinə, hakimiyyət etirazlarda iştirak edənləri şərləyərək həbs edir. Qubadan olan deputat Vahid Əhmədov belə düşünür ki, keçmiş icra başçısı məsuliyyətə cəlb olunmalıdır. Hakimiyyətin qanunlara bu cür etinasız yanaşması hansı nəticələr yarada bilər?

- Quba hadisələrənə bu cür reaksiya verilməsi və araşdırmaların bu cür davam etməsi təəccüblü deyil. Siz ölkədə baş verənlərə diqqət yetirin. Rüşvət üstündə yalnız sıravi çalışanlar və sabiq məmurlar tutulurlar. Korrupsiyaya və rüşvətə bulaşmış ölkədə tutulanlar mininci adamlardır. Əslində korrupsiyanı yaradan sistemdir. Birinci və ikinci dərəcəli hansı məmur rüşvətə görə həbs olunub?. Amma onların gündəlik həyatında yüzlərlə korrupsiya faktları baş verir. Hakimiyyət bir məmurun qara işləri həddindən artıq aşkara çıxanda nə edir? Sadəcə olaraq onun yerini dəyişməklə kifaəyətlənir. Bu bir tayfanın içərisində yerdəyişmə gedir. Bu isə hakimiyyət karuselidir. Normal hakimiyyət real kadrları cəmiyyətdən almalıdır. Amma hazırda icra başçıları işləyənlər sədərək bazarında vaxtı ilə alver edən, yeməkxana müdürləridir. Onların heç birinin idarəçilik bacarığı, nə də təhsili var. Bu məqamlar onlara rayona başçılıq etməyə imkan vermir. Hakimiyyətin bu cür davranışı, xisləti əslində əhalini cəzalandırmaq deməkdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır