Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyini
çərşənbə axşamı

10 aprel 2012

19:30:00
307887

Quran və Biz

Quran oxunan an məclisə ağsaqqal daxil olarsa qari ayağa durmalıdırmı?

Qurani Kərim: “Quran oxunan zaman bir-biriniz lə danışmaqdan çəkinin (sakit qalın) və hamılıqla ona qulaq asın”. Əraf sürəsi, ayə 204.

Salam əleəkum  və  rəhmətullah!

Sual:

 Əgər bir cavan ruhani məclisdə Qurani-Kərim oxuyarkən bir ağsaqqal içəri girsə, Qurani-Kərimi oxuyan onunçün ayağa durmalıdırmı?

  Allah sizdən razı olsun!

 

Cavab:

     Əleykum Salam və rəhmətullahi və bərəkətuh!

 

 Sualınızı gec cavablandırdığımız üçün sizdən üzürxahlıq edirik.

 Allah Təala Qurani Kərimdə buyurur: “Quran oxunan zaman bir-biriniz lə danışmaqdan çəkinin (sakit qalın) və hamılıqla ona qulaq asın”. Əraf sürəsi, ayə 204.

 Ayəyə əsasən məclisdə Qurani Kərim oxunarkən hammı diqqətlə ona qulaq asmlı və Qurani kərimin oxunuş ritmini pozmamalıdır. Bu təkcə Qurani Kərimi oxuyana həm də məlisdə olan bütün fərdlərə şamildir. Lakin Quranın oxunuşu bitdikdən sonra daha gözəl olar ki, insanlar öz əxlaqını göstərərək məclisə daxil olmuş ağsaqqaldan Quarani Kərimin oxuduğu üçün ayağa dura bilmədiylərinə görə üzür xahlıq etsinlər.

 Allah Təala bizim hammımızı əziz Peyğəbərimizin (səlləllahu əleyhi və alih) əxlaqı ilə üns tapıb rəftar etməyimizi ruzi əta etsin. Amin!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəəə istinad lazımdır