Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : HICAB
çərşənbə axşamı

27 mart 2012

19:30:00
305093

Allah Uğrunda Mübarizə Davam Edir

HHQM MK üzvü Elçin Ələkbərov ilə müsahibə

Hakimiyyət dini kəsimə qarşı o qədər qəddardır ki, nəsə yaxşı şey gözləmək olmur

Son günlər səbəbi açıqlanmasa da bəzi hicab məhbusları azad edilib. Hakimiyyət dini kəsimə qarşı o qədər qəddardır ki, nəsə yaxşı şey gözləmək olmur. Bu “əfv”lərin arxasında nə dayanır?

-Vurğuladığınız kimi, hakimiyyətin qəddarlığı bir həddə çatıb ki, onlardan heç bir yaxşı iş gözlənilmir. Bu rejimin növbəti bir siyasi gedişidir. Biz bilirik ki, Avropa şurası və dünyanın insan haqları konvensiyası Azərbaycanda qanunsuz olaraq həbs olunmuş vətəndaşların taleyindən xəbərdardır. Bu təşkilatlar sözsüz ki, rejim tərəfindən atılan xoşagəlməz addımları öz növbələrində ifşa edirlər. Azərbaycan da bir dövlət olaraq səy edir ki, xüsusən Avropa və Amerika təşkilatlarında öz nümayəndələrini yerləşdirsin və ölkənin daxilində gedən siyasi cərəyanların əsil simasının rəngini bu nümayəndələrin vasitəsilə dəyişsin. Bu əfv protokol xarakteri daşıyan bir addımdır. Bizim üçün öz xalqının azadlığı uğrunda (mənəvi və milli dəyərlər) zindana düşən hər bir kəs əzizdir və biz də öz növbəmizdə Azərbaycan xalqının qeyrət, namusu olan ilahi hicab əmrinin qorunmasına görə zindandan azad olan və zindanda izzətə çatan qardaşlarımıza hamılıqla minnətdarlığımızı bildirir və bu yolda onlara və özümüzə ulu Tanrıdan sabitqədəmlik təmənna edirik. Amma əgər biz məhbuslarımızı nəzərdən keçirsək, görərik ki, tanınmış şəxsiyyətlərimizin heç biri əfv olunmamışdır. Rejim, necə deyərlər həm Azərbaycanın daxilində, həm xaricdə gözdən pərdə asmaq üçün əfv fərmanı vermişdir. Çünki sabah xarici dövlətlər tərəfindən sorğu-sual olunanda otraya qoymağa münasib bir cavab lazımdır.

Quba hadisələri ilə bağlı bütün respublikada gərginlik yaşanır. Bu sadəcə sosial partlayışdır, yoxsa söz, vicdan azadlıqları ilə bağlı problem də yaşanıb orada?

-Quba məsələsi ilə bağlı danışmaq sadə və asan deyil. Çünki burda peşəkar ekspert olmaq lazımdır. Mən yenə Azərbaycanda son illər ərzində baş verən etiraz aksiyalarına, mitinqlərə toxunmaq istəyərdim. Bu mitinq istər müxalifət tərəfindən olsun, istərsə də dindarlar tərəfindən, Azərbaycanda iqtirarda olan rejim etiraz aksiyalarının keçirilməsinin qarşısını qanunsuz yollarla alır və bu aksiyaların hər bəhanə ilə olmamasına çalışır. Martın 1-də Quba rayonunun əhalisi öz etiraz aksiyalarını keçirəcəklərini qabaqcadan xəbərdarlıq etdilər və nəhayətdə aksiya baş verdi. İcra hakimi məntəqədən qaçdı. Məndə yaranan şübhə budur ki, Azərbaycanın başqa bölgələrində baş verməyən etiraz aksiyaları Quba rayonunda bu sadəliklə baş verir. Ehtimallar bundan ibarətdir: 1.Ya Quba xalqının bu həddə şücaətli olması rejim tərəfindən nəzərdə tutulmayıb. (Təsəvvürolunmaz haldadır). 2.Ya qaçan icra başçısının yerinə digər klanlardan olan namizədlər var. 3.Ya da yerli hakimiyyət tərəfindən küllü miqdarda xalq əmlakının mənimsənilməsinin izini itirmək istəyirlər. O ki qaldı hadisənin sosial partlayış, yoxsa və vicdan azadlıqları ilə bağlı problem olub-olmamasına, əhali öz icra başçısına, hakimiyyətin yerli orqanlarına reaksiyasını göstərdi. Respublikaya gəldikdə isə müşahidələrdən məlum olur ki, sabitsizlik təkcə Quba hadisələri ilə bağlı deyil. Bəlkə hər gün gərginlik yaşanır.

Bəziləri belə düşünür ki, hakimiyyət Eurovision qabağı xalqı yuxuya vermək üçün neçə iş görür, biri də siyasi məhbusların azad edilməsidir. Doğrudanmı azadlığa çıxan insan susmaqla bağlı öhdəlik götürür?

-Biz doğma Azərbaycandan 20 ildir ki, ayrı düşmüşük, amma buna baxmayaraq harda olursa olsun Azərbaycanımızın taleyinə biganə qalmamışıq. Hər bir şeyin həqiqətini görmək üçün onu kənardan müşahidə etmək lazımdır. Özünü demokratik dövlət adlandıran doğma Azərbaycanda Stalin repressiyası fəsli yaşanır. Buna son illər boyu iqtisadi və siyasi böhranda yaşamış Azərbaycan xalqı canlı şahiddir. Son illər Stalin zamanında olduğu kimi ayağa qalxıb öz haqqını tələb edən kəs müxtəlif böhtanlarla şərlənib zindan guşələrinə atılır. Bu zindan guşələrinə atılan Azərbaycan vətəndaşları kimlərdir? Yalan vədlərlə yuxuya verilmiş vətəndaşlar. Eurovision növbəti bir bəladır. Bu əxlaqsız proqramı bərqərar etmək üçün yüzlərlə insanları evsiz-eşiksiz qoyanlar öz naməlum hədəflərinə çatmaq məqsədi ilə miraj vədələrlə xalqa laylay oxuyacaqlar. O ki qaldı Eurovision qabağı siyasi məhbusların azadlığı, biz bu bəradə danışdıq. Axı amerikalı və avropalı ağalara hesabat üçün göstərici lazımdır.

Düynyada hicab qadağası ilə bağlı durum necədir? Avropa ölkələrində başlanan anti-hicab kampaniyası səngiyibmi?

-Bildiyimiz kimi Avropadakı vətəndaşlar hüquq baxımından öz haqlarını qorumaqda daha güclüdürlər. Çünki qərb dövlətləri öz ölkələrinin daxilində qalmaqaldan qorxurlar, məhz buna görə də Avropa kənarda öz çirkin proqramlarını icra etdirir və diqqət mərkəzini özündən dəf edir. Avropanın barmaqla sayılası ölkələrində, yəni çox az ölkələrində hicabla bağlı problem yaşanır. Buna sübut avropa xanımlarının İslam dinini qəbul etməsidir. Bəli, sözsüz, masson dövlətləri istəmirlər ki, azsaylı ölkələrində hicabla bağlı problem yaşansın. Sözsüz ki, masson dövlətləri istəmirlər ki, bütün avropa xanımları İslam dinini qəbul edib hicablı olsunlar. Kütləvi islamlaşmanın qarşısını almaq üçün hicabla bağlı səs-küy salırlar.

Hicab məhbuslarına maddi dəstək üçün fondun işləri necə gedir?

-Hicab məhbuslarına maddi dəstək Allahın izni ilə öz qaydasına düşmək üzrədir. Gələcəkdə bu məhbuslar üçün açılan təzə bank hesabı internet vasitəsilə dünyaya tanıtdırılacaq və hesaba yığılan məbləğ onların ailələrinə yardım ünvanında çatdırılacaq. Allahın hökmlərinin müdafiəsi uğrunda zindana düşənlərin yardımçısı elə Allah özüdür, siz və biz deyilik ki. Biz sadəcə olaraq bu işlərdə bir vasitəyik. Allah Quranda belə buyurub: “Əgər Allaha kömək etsəniz, Allah sizə kömək olar.”

Bu fondun işində şəffaflıq necə təmin olunacaq? Fond hesabat verəcəkmi?

- Hicab Komitəsi bu məsələni mütləq müzakirə edəcək. Daha doğrusu, komitə öz uzaqgörənliyi ilə bu mövzuya ciddi yanaşır və xüsusi lahiyə hazırlayıb.

Sizcə, Azərbaycanda hicabın təbliği üçün hansı layihələr həyata keçirilməlidir?

-Ruhani tələbə və mömin kəsimdən olan insanlar hicabın fəlsəfəsi, hikməti haqda və ən əsası onun ilahi qanun olduğunu imkan həddində cəmiyyətə çatdırmalıdır. Çünki hicab dinin zəruriyyətidir və Allahın hökmüdür. Allahın hökmü zaman və məkan baxımından heç vaxt dəyişilməzdir.

Oxuculara tövsiyəniz...

-Oxuculara tövsiyəm budur ki, baş verən hadisələrdən, xüsusən dindar təbəqədən olan bacı və qardaşlarım məyus olmasınlar. Zindan bu gün məğlubiyyət deyil, əksinə nemətdir. Nə üçün nemətdir? Buna görə ki, sən Allahın qoşunlarındansan, Onun tərəfindəsən. Deməli, sən haqsan, qarşı tərəf isə batil və puç. Bizim rəvayətlərimizdə deyildiyi kimi, bütün padşahlar Allahın müqabilində (indəllah) torpaqdırlar. Torpaq isə ayaq altında qalır. Biz hamımız Əhli-beyt (ə) vasitəsilə möhkəm və heç vaxt qırılmayan bir ipdən yapışmışıq.

Hicab.org

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır