Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
bazar ertəsi

19 mart 2012

20:30:00
303690

əliyevlərdən sionizimə göstərilən xidmət

«MTN» adlı rejimin təhlükəsizlik nazirliyinin gülünc oynu

əliyevlər bərpa etdikləri rejimin ömrünü uzadmaqdan ötrü vətəndaşların azadlığına da son qymağa hazırdır.

Əhli Beyt -ABNA- xəbər agentliyi- əliyevlər rejiminin təhlükəsizliyinə məsul olan xüsusi xidmət orqanlarının, xüsusilə də «MTN» adlı rejimin təhlükəsizlik nazirliyinin fəaliyyəti, onun keçirtdiyi əməliyyat-axtarış tədbirləri və apardığı istintaq işlləri daim ictimaiyyətin diqqət mərkəzində olub.

Gülünc görüntülü əməliyyat...

«MTN» adlı rejimin təhlükəsizlik nazirliyinin İranın Sepah xüsusi xidmət orqanı ilə əlaqədə və rejimə xəyanətdə suçlanan 22 nəfərin «zərərsizləşdirilməsi» ilə nəticələnən əməliyyatı barədə bəyanatı yayılıb. Bəyanatda saxlanılan N. Kərimovun güya 1999-cu ildə İrana səfər edərək Tehranda SEPAH əməkdaşı ilə tanış olması və Qərb ölkələrinin Bakıda səfirlik və təşkilatlarına və dövlətə qarşı terror-təxribat üçün təlimatlandırılması qeyd olunur. Və sonrakı dövrlərdə N. Kərimovun vasitəsilə başqa Azərbaycan vətəndaşlarının da bu məqsəd üçün seçilib İrana göndərilməsi, orada hərbi-təlim keçmələri bildirilir. Dəlil-sübut olaraq rejimin təhlükəsizlik nazirliyi çoxlu silah-sursat, partlayıcı maddələri həmişəki kimi müttəhimlərin evlərindı aşkar edir.

İlk baxışda burada cəmiyyəti narahat edən müəyyən suallar yaranır.

Niyə, «MTN»-ə bir neçə il əvvəl məlum olan və illərlə davam edən cinayətin qarşısı bu gün alınıb?

Bu sualın cavabı bu situasiyada izah olunandır. Fakt onu göstərir ki, neçə müddətdir Azərbaycan-İran arası gərginlik artıq son pik həddinə çatıb. Hətta, rejimin müdafiə naziri Səfər Əbiyevin İrana səfəri belə, o qədər nəticəsiz olub ki, səfərdən bir neçə gün sonra «MTN» evrovijinlə bağlı Nardaranda xovf və stabillik yaratmaqdan ötrü ölkə daxilində kütləvi həbslərə əl taraq vətəndaşlarımızı qondarma cinayət faktları ilə uzun müddətli zindan həyatına məhkum etdi. Rejim sədirliyi administrasiyasının şöbə müdiri Əli Həsənovun noyabrda İran səfəri də necə nəticəsiz olmuşdusa, Azərbaycan tərəfi o zaman, həmin səfərdən dərhal sonra İran rəsmisini ölkəyə buraxmamaq qədər narazı qalmışdı.

Başqa və daha vacib bir sual

«MTN» adlı rejimin təhlükəsizlik nazirliyinin qondarma əməliyyatına bir sual yaradan başqa bir hal isə, saxlanılan 22 nəfərin hamısının Azərbaycan vətəndaşı olması və çoxusunun təxminən bir kənddən, Nardarandan olmasıdır. O kəndin ki, özünəməxsus xarakterli toplum olaraq haqqını tələb etməklə həmişə əliyevlər rejimi ilə sosial-iqtisadi, siyasi problemi olub. 2002-ci ildə adicə hicab məsələsi üstündə Rejimin Daxili İşlər Nazirliyi tərəfindən nardaranlılara uzunmüddətli həbslərin verilmə faktları da olmuşdu. Bu da təbii ki, qərəz hissi yaradan hal kimi öz növbəsində «MTN»-nin nardaranlılardan bir növ hayıf çıxmasına şərait verdi.

Sonda qeyd etmək istərdim ki, artıq Azərbaycan get-gedə heç bir inanci olmayan məmləkətə cevrilir! Çunki bu ölkənin 98%-i müsəlman ola-ola İslam dininə və onun dəyərlərinə dövlət səviyyəsində gecə-gündüz saldirirlar. Bütün bunlar mövcud rejimin yürütdüyü ikiüzlü riyakar siyasətlərinin nəticəsidir.

Xəyal Dövran

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır