Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə

14 mart 2012

20:30:00
302905

Kənan Çamurcuyla reportaj:

ABŞ İran əleyhinə psixoloji müharibə aparır

Əgər Müsəlman bir ölkə qərb həyat tərzini mənimsəmirsə mütləq insan haqqları pozuntus təhdidiylə təzyiq altına alınır.

Əhli Beyt -ABNA- xəbər agentliyi- BMT İnsan haqları xüsusi məruzəçisinin İran haqqındakı gerçəkləri qələmə alan məşhur yazar Kənan Çamurcuyla bu mövzunu müzakirə etdik.

İ. Bendiderya: Kənan Bəy, BMT-nin Müsəlman, amma ABŞ-a yaxın bir məruzəçiyə hesabat hazırlatmasını necə qiymətləndirirsiniz?

Kənan Çamurcu: 27 Fevral - 24 Mart 2012 tarixləri arasında Cenevrədə reallaşan 19. BMT İnsan Haqları Zirvəsi qurban olaraq İran İslam Respublikasını seçmiş kimi görünür. Müsəlman bir məruzəçiyə İran İslam Respublikası əleyhinə hazırladılan hesabat, Suriyadakı böhran səbəbiylə düzəldilən psixoloji döyüşün bir parçası sayıla bilər.

İ. Bendiderya: Mövzunu nüvə fəaliyyətinə də bağlamaq mümkün mü sizcə?

Kənan Çamurcu: İran İslam Respublikasında nüvə fiziklərini küçə ortasında öldürüldüyü və bu terrorist hərəkətlərin İsrail tərəfindən edildiyinin Amerika tərəfindən təsdiq edildiyi bir vaxtda İsrail deyil İran əleyhinə hesabat hazırlanması şübhəsiz diqqəti cəlb edəndir. İranlılar Əhməd Şəhidinin öz ölkələri əleyhinə hazırladığı hesabatın ABŞ-dakı insan haqqları əleyhinə baş verən ağır cinayətlərini və İsrailin terror fəaliyyətlərini gizlətmək üçün səhnələşdirdiyini söyləməkdə haqlıdırlar. Bu hesabat, Suriya böhranının səmimi qarşıdurma yerinə sıx psixoloji döyüş kampaniyaları formasında bir plan üçün dəlil də sayıla bilər.

İ. Bendiderya: Bu tip sifarişli məruzələrdə qərb mədəniyyət anlayışının da təhqiq edilməsinin lazım olduğunu deyirsiniz yəqin?

Kənan Çamurcu: İnsan hüquqları, qərb dünyasının təyin etdiyi bir çərçivə olaraq liberal demokratiya və kapitalizmlə birlikdə qərbin soyuq müharibəsindən sonrakı "təslis"inin əhəmiyyətli elementidir. Qərbin müasirləşmə baxımından insan hüquqlarını məhz Müsəlman xalqlarını avropalaşmaq üçün təzyiq ünsürü olaraq istifadə edildiyini bilirik. Müsəlman ölkələr haqqında söhbət düşdükdə insan hüquqları, qərb standartlarına uyğun gəlmək kimi temalar meydana çıxır. Əgər müsəlman bir ölkə qərb həyat tərzini mənimsəmirsə mütləq insan hüquqları pozuntusu təhdidiylə təzyiq altına alınır...

İ. Bendiderya: BMT-nin bu rəftarı təkcə İranla məhdud deyil yəqin?..

Kənan Çamurcu: Təbii ki, İranla məhdud deyil. Avropa Müsəlman ölkələrində insan hüquqları pozuntularına həssas olsaydı bu ölkələrdəki diktatorların zülm rejimlərini dəstəkləməzdi. Misirdə və Tunisdə diktatorlar xalqların üsyanına qədər qərblilərin himayəsi altında deyildimi? Ərəbistanda, Bəhreyn və Yəməndə hələ də diktatorlar “Avropa Birliyinin” himayəsində deyilmi? İranda insan hüquqlarının pozulmasından dən vuran BMT-nin bu səbəblə heç bir hüququ yoxdur. Ittihamları tamamilə siyasidir və İranın qərb ittifaq sisteminə boyun əyməməsi ilə əlaqədardır. İranda Səudiyyə rejimi, Bəhreyn və Yəmən kimi qərb ittifaq sisteminə uyğun bir diktatorluq olsa nə sanksiyalarla, nə də insan hüquqları pozuntusu təzyiqi ilə qarşılaşardı.

Qərb dünyası “beynəlxalq təşkilatları” yeni imperializmin vasitələri kimi istifadə etməkdə davam edir. İranın nüvə fəaliyyətlərinə nəzarət etməy bəhanəsi ilə ölkənin suverenlik haqqlarını pozmaq istəməsi kimi, indi də insan haqqlarını pozulması bəhanəsiylə İranın daxili işlərinə müdaxilə etmək istəyir. Bu bütün ölkələr üçün bir təhlükəlidir.

İ. Bendiderya: ABŞ-ın bu mövqeyi beynəlxalq təşkilatların işini zəiflətmirmi?

ABŞ-ın beynəlxalq təşkilatlardan suistifadə edərək ölkələrin daxili işlərinə sözdə qanuni yollarla qarışmağa başlaması təhlükəli bir gedişatın həyəcan zəngi olaraq qalır. Amerika bu yolla istədiyi ölkənin daxili işlərinə qarışa bildiyi halda heç bir ölkə ABŞ-ın insan haqqlarını aşkara pozmasına, kütləvi qırıcı nüvə silahlarına, qeyri-qanuni əsgəri hücumlarına müdaxilə edə bilmir. İsrailin İranda küçə ortasında elm adamlarını qətlə yetirərək davam etdirdiyi terrorçu fəaliyyətləri istintaq mövzusu ola bilmir. Dünya, əvvəlkindən də çox daha geniş ikili standartların hürküdücü şəkildə tətbiqinə şahiddir. Azad millətlər mütləq ABŞ-ın qarşısında daha da çox cəsarətlə durub bu gedişə son verməlidir.

Kənan Çamurcu kimdir?

1961 doğulan. İstanbul Universiteti Ədəbiyyat Fakültəsi məzunu. Magistr, Orta Şərq və İslam ölkələri İnstitutu Siyasi Tarix və Beynəlxalq Münasibətlər Fakultəsi. 23 illik yazıçılıq həyatı boyunca çoxlu sayda elm jurnallarında yazar və idarəçi kimi işləyərək, radio və televiziyalarda proqramlar hazırlayıb. Şərq Konfransı ziyalılar cəhdini koordinatorluğunu icra edib. Siyasət elm, beynəlxalq əlaqələr və yerli rəhbərliklər sahələrində yazır. İmam Xomeyni (rəhmətullahi əleyh) və digər bir çox məşhur addan tərcümələri olan yazar, çox sayda beynəlxalq konfransa və TV proqramlarına qatılmaqdadır...

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır