Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Fakt Xeber
çərşənbə

14 mart 2012

20:30:00
302878

Sorğu

EUROVİSİON BOYKOT EDİLƏRSƏ...

Hakimiyyətin vətəndaşlara və müxalifətə qarşı repressiyası artacaqmı?

Əhli Beyt -ABNA- xəbər agentliyi- Artıq bir neçə müddətdir ki, Azərbaycanda keçirilməsi nəzərdə tutulan Euorovison mahnı müsabiqəsinin boykot edilməsi ilə bağlı beynəlxalq təşkilatlar, tanınmış simalar və nüfuzlu dünya mediaları tərəfindən çağırışlar edilir. Təbii ki, bu çağırışlar ölkədə baş verən qanunsuzluqlar, insan və mülkiyyət haqlarının ciddi şəkildə pozulması, xüsusilə demokratik dəyərlərin tapdalanması ilə əlaqədardır.

Mövzu ilə bağlı müsahibimiz “Şərq-Qərb” Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Orucludur. Suallarımıza aydınlıq gətirən politoloq maraqlı nüanslara toxunub. 

-    Ərəstun bəy, sizcə bu çağırışlara uyğun olaraq Eurovison mahnı müsabiqəsinin Azərbaycanda keçirilməməsi, yəni boykotu mümkündürmü?

-    Təbii ki, əgər yaxın zamanlarda Azərbaycanda hansısa ciddi insan haqlarının, söz və mətbuat azadlıqlarının, eyni halda mülkiyyət hüquqlarının pozulması ilə bağlı proseslər baş verərsə, Eurovisonun boykot edilməsi tamamilə mümkündür. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti sözügedən musiqi yarışması ilə bağlı mümkün olan beynəlxalq standartları korrektə etməyə cəhd göstərir. Misal üçün rəsmi Bakı ölkəyə gələcək jurnalistlərin viza almasını bürokratik əngəllərlə qarşısını alır. Belə ki, repartyorlar bir çox propsesdurlardan keçmək məcburiyyətində qalır. Bu da ilk növbədə Qərbdəki media nümayəndələrində çox ciddi və neqativ reaksiya doğurur. Təbii və başa düşülən haldır. Bildiyimiz kimi, medianın demokratik ölkələrdə və cəmiyyətlərdə kifayət qədər ciddi təsirləri var. Artıq Almaniyada biz bunun təzahürlərini gördük. Bu proses güclənərsə, hesab edirəm ki, Eurovision mahnı müsabiqəsi boykot ediləcək.

-    Əgər bu baş verərsə, Azərbaycan hakimiyyətinin öz vətəndaşlarına, xüsusilə müxalifət düşərgəsinə qarşı mövqeyi necə olacaq?

-    Şübhəsiz ki, hakimiyyətin müxalifətə qarşı həyata keçirdiyi repressiyalar artacaq. Hətta istisna etmirəm ki, Eurovison keçirildikdən sonra da repressiyalar çoxalacaq. Artıq bu gündən onun əlamətləri görünür. Lakin bu təzyiqlər nəticə etibarı ilə əks effekt doğuracaq. İndiyə qədər Azərbaycan hakimiyyətinin uğurunun (hakimiyyətdə qalmağı nəzərdə tuturam)  səbəbi bu olub ki, ölkədəki demokratik ictimaiyyət, vətəndaş cəmiyyəti və media beynəlxalq dəstəyə malik olmayıb. Çünki beynəlxalq güclər çox spekulyativ bir yanaşma nümayiş etdirirlər. Onlar hesab edirdilər ki, əgər hakimiyyətlə bütün problemləri həll edə biliriksə, nə müxalifətə ehtiyac var, nə də ki, başqa qurumlara. Təxminən Misirdə, Tunisdə və digər ərəb ölkələrində olan münasibəti Azərbaycana qarşı sərgiləyirdilər. Lakin əks proses baş verərsə, ölkədəki siyasi müxalifət, media və vətəndaş cəmiyyəti çox qısa bir müddətdə ölkənin daxilində ciddi sosial dayağı olmayan hakimiyyət üçün ciddi problemlər yaradacaq.

 

Xəyal Şükür

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır