Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Fakt Xeber
çərşənbə

14 mart 2012

20:30:00
302875

Şeytanla Dostluğun Aqibəti

Azərbaycanın müharibə ixtiyarı da əlindən alınıb

H. Rüstəmov: " Azərbaycanın bu cür məsələləri hərbi yolla birtərəfli qaydada həll etməsi qeyri mümkündür"

Əhli Beyt -ABNA- xəbər agentliyi- ABŞ Dövlət Departamenti Səfər Əbiyevin Tehranda Qarabağla bağlı səsləndirdiyi bəyanatlara reaksiya verib. Bəyanatda bildirilir ki, Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur. Və tərəfləri təxribatçı hərbi ritorikadan imtina etməyə, xalqlarını müharibəyə deyil, sülhə hazırlamağa çağırılır. Bu bəyanatdan sonra belə demək olarmı ki, Azərbaycanın öz torpaqlarının azadlığı üçün müharibə etməsi belə öz ixtiyarında deyil?

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən ADP-nin sədr müavini Həsrət Rüstəmov, ABŞ dövlət departamenti, o cümlədən digər dünya dövlətləri Qarabağ məsələsi ilə əlaqədar oxşar bəyanatlarla əvvəllər də çıxışlar etdiyini bildirdi: “ABŞ-ın mövqeyində bu mənada hər hansı bir dəyişikliyin olduğunu deyə bilmərik. Çox güman ki, Dövlət Departamenti bununla S.Əbiyevin İran səfərinə biganə olmadığını və regionda gedən proseslərlə yaxından maraqlandığını nümayiş etdirməyə çalışır.”

Azərbaycanın öz torpaqlarını müstəqil şəkildə hərbi yolla azad etməsi məsələsinə gəlincə isə, təəssüf ki, deyilənlərin həqiqət olduğunu qeyd edən Həsrət bəy, “təəssüf ki, deyilənlər həqiqəti əks etdirir. Müasir dünyada Azərbaycan kimi dövlətin bu cür məsələləri hərbi yolla birtərəfli qaydada həll etməsi qeyri mümkündür”, - deyə bildirdi: “Bunun üçün mütləq dünya super güclərinin razılığı və aktiv dəstəyinin olması vacibdir. Amma bu heç də o demək deyil ki, Azərbaycan öz torpaqlarını hərbi yolla olsa da azad etməkdən danışmamalıdır. Əksinə yeri gəldikcə bu barədə bəyanatlar səsləndirmək olduqca vacibdir. Xüsusilə də müdafiə nazirinin bu cür bəyanat verməsi qətiyyən təəccüblü görünməməlidir.”

 

Xəyal Şükür

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır