Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Fakt Xeber
çərşənbə axşamı

13 mart 2012

20:30:00
302694

Rejimin Yalan Vədləri

Hakimiyyətin Yeganə Məqsədi Pul Oğurluğudur

Zərdüşt Əlizadə: "Hakimiyyət Quba hadisələrindən sonra heç bir islahata getməyəcək"

Əhli Beyt -ABNA- xəbər agentliyi- Quba hadisələrindən sonra qubalı deputatların “aksiya iştirakçılarından heç kim həbs edilməyəcək” demələrinə baxmayaraq, məlum olaydan sonra bir neçə Quba sakini barədə cinayət işi açılıb. Ümumiyyətlə,  hakimiyyət öz imici ilə əlaqədar ictimaiyyətdə müsbət görüntü yaratmaq üçün icra başçısı və digər vəzifəli şəxsləri həbs edə bilməzdimi? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən politoloq Zərdüşt Əlizadə, deputatların vəd verməklə ortalıqda ötürücü rolunu oynadıqlarını bildirdi. “Hakimiyyət sonra qərara aldı ki, hadisənin baş verməsində bəzi hakim dairələrin rolu olduğuna görə, baş verənlənrdən sonra xalqın gözünü qorxutmaq elə də pis olmaz. Ona görə də bu həbsləri həyata keçirdilər”.

Hakimiyyətin xalq qarşısında hər hansı bir imicinə ehtiyacı olmadığını qeyd edən politoloq, “hökumətin polisə, MTN-ə, zopalılara, ehtiyacı var”, - deyə bildirdi: “ Hakimiyyət Quba hadisələrindən sonra heç bir islahata getməyəcək. Bunların yeganə bir məqsədi vardır ki, o da neft pullarını oğurlamaqdan ibarətdir. İslahat sadəcə olaraq bu oğurluğa mane olar. Islahat budur ki, dövnət quruculuğu, cavabdehlik, şəffaflıq, qanunun aliliyinin qorunması təmin olunsun. Deyilənlərin hamısı isə hakimiyyətin pul oğurluğuna qarşı maneədir.”  

 

Xəyal Şükür

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır