Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Haqq Yolu
bazar

11 mart 2012

20:30:00
302246

Sionizimin Məxfi İzləri

“Bakının siyasətləri İsraildən diktə olunur...”

İ. Hüseynzadə: “Azərbaycan rəsmiləri 15 ildən artıqdır ki, Tel-Əvivlə rəsmi və qeyri-rəsmi rabitə saxlayırlar. Aradakı razılaşmaların çoxu məxfidir”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Respublikasından olan ilahiyyatçı İsgəndər Hüseynzadə İSNA-ya müsahibəsində deyib: “Azərbaycan Respublikasındakı vəziyyət İsrailin böhranlı durumundan təsirlənmiş bir vəziyyətdir. Qərb dövlətləri, ABŞ və İsrail sionist rejimin yaşadığı böhranı pərdələmək üçün İranın vəziyyətini kritik göstərməyə çalışırlar. Azərbaycan Respublikası ABŞ və İsrailin strateji meydançası olaraq İranla qərəzli diplomatiya yürüdür.”

İsgəndər Hüseynzadə İSNA-nın Şərqi Azərbaycandakı ofisində müxbirlərlə söhbətində əlavə edib: “İsraillə istənilən bir formada və səviyyədə rabitəsi olan bütün ölkələr İranla rabitələrdən çəkindirilir. Bu ölkələr çalışırlar ki, İranla soyuq münasibətdə olduqlarını göstərsinlər. Azərbaycan da İsrailin təsiri altında olan ölkələrdəndir. Azərbaycan rəsmiləri 15 ildən artıqdır ki, Tel-Əvivlə rəsmi və qeyri-rəsmi rabitə saxlayırlar. Aradakı razılaşmaların çoxu məxfidir.”

Hüseynzadə deyib: “Məhz məxfi razılaşmalar və müamilələr sayəsində Azərbaycan İsrailin hökmü altına düşüb. Yüksək çinli məmurların kapitalları Avropa və İsrail banklarında yatırdılıb. Əgər Bakı Tel-Əvivə qarşı çıxsa İsrail məxfi razılaşmalardan təzyiq vasitəsi kimi istifadə edəcək. Beləcə Azərbaycan rəsmiləri İsrailin diqtəsi altında hərəkət etmək məcburiyyətinda qalıb.”

Azərbaycanlı ilahiyyatçı Bakı hökumətinin diktator rejimlər sırasında olmasına işarə ilə deyib: “Azərbaycandakı hazırkı durum Qərb və İsrailə bac vermək durumudur. Bu dövlətlər hər vasitə ilə təzyiqləri artırıb daha çox imtiyaz əldə edirlər.”

İlahiyyatçı əlavə edib: “Bu imtiyazlar və təzyiqlər Azərbaycan hökumətini qorxu və ümid arasında saxlayıb. Qərb və İsrail bu tərəddüdlü durumdan istifadə edib Bakı-Tehran münasibətlərini hər gün daha da gərginləşdirirlər. Misal olaraq Suriyanı göstərirlər ki, Suriya İranla dostluq səbəbindən problemlər içindədir. Azərbaycan da İranla xoş münasibət qursa Suriyanın aqibətinə düçar olacaq. Bu səbəbdən İran-Azərbaycan münasibətləri hər gün daha da gərginləşir.”

Hüseynzadə sözünə belə davam edir: “Azərbaycan rəsmiləri bütün bu səbəblərdən İranla düşmənçilik görüntüsü yaradırlar. Onlar bu yolla təzyiqləri azaltmaq istəyirlər. İş o yerə çatıb ki, Bakı rəsmiləri İranla savaş həddinə çatdıqlarını bildirirlər.”

Hüseynzadə söhbətin davamında Azərbaycanda islami dəyərlərin geniş yer almasına işarə ilə deyib: “Azərbaycan sovetlər birliyi dağıldıqdan sonra İslama qucaq açdı. Gənclərin kütləvi şəkildə dinə üz tutması, məscidlərin açılması, dini cəmiyyətlərin yaranması hökuməti qorxuya saldı. Prezident administrasiyası tərəfindən yaradılan müxtəlif komissiyalar İslam oyanışını qarşısıalınmaz hadisə kimi dəyərləndirdilər. Beləcə İslam oyanışı rejim üçün prioritet təhlükə sayıldı. Bu komissiyalar dini oyanışın qarşısını almaq üçün layihələr verdilər və dinlə mübarizəni Azərbaycan hökumətinin strateji vəzifəsi kimi ortaya qoydular.”

İlahiyyatçı deyib: “Şəraitin bu formada davamı Azərbaycan rəsmilərində İslama qarşı düşmən münasibət yaratdı. Məscidlər söküldü, hicaba qadağa qoyuldu, azan yasaqlandı, parlament səviyyəsində dini təbliğat məhdudlaşdırıldı, hətta cəza tədbirləri nəzərdə tutuldu.”

Hüseynzadə rejimin təzyiqlərinə qarşı müqavimət hərəkatına işarə ilə deyir: “Azərbaycan cəmiyyətində bütün təbəqələr mövcud vəziyyətdən narazıdır və bu narazılığı etiraz aksiyaları şəklində ortaya qoyub. Əlbəttə ki, rejimin qoyduğu məhdudiyyətlərə etiraz cavabsız qalmır və repressiyalarla müşayiət olunur. Etiraz aksiyaları ilə yanaşı hicab qadağasına qarşı “100 min imza” aksiyasını qeyd edə bilərik. Bu aksiyada məktəblərdə hicab qadağasına bütün zümrələr etiraz edib. Hətta dövlət rəsmiləri arasında da bu aksiyaya qatılanlar var. Hazırda hicab qadağasına etirazdan dolayı 100 nəfərə yaxın ilahiyyatçı, dini fəal şərlənərək həbs olunub.”

Hüseynzadə sözünü belə tamamlayıb: “Azərbaycan xalqı qardaş İran İslam Respublikası və İran xalqından azadlıq hərəkatına dəstək gözləyir və informasiya vasitələrində bu hərəkatın işıqlandırılmasını arzulayır.”

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır