4 mart 2012 - 20:30

Yoxdu sənə həyatda kimsə tay Hacı Mövsüm Gələr haqqın zamanı günüvü say Hacı Mövsüm

Seyid sənin bu yolda olmayıbdı nöqsanın

Sanki gözünlə gördün Kərbübəla meydanın

Hüseyndən dərs alıb Mübariz verib canın

Gözünüdə qırpmayıbdı şəhadət məqamında

Eşq ilə istəyənlər ibadət məqamında

Dua edər bağışlanar qiyamət məqamında

*****

Çox əsəcək düşmənin həyacandan dizdəri

Azəriyik tanıyacaq bütün dünya bizləri

Ölkəmizin xeylidi igid Mübarizləri

Göstərəcək cəsarət cəsarət məqamında

Eşq ilə istəyənlər ibadət məqamında

Dua edər bağışlanar qiyamət məqamında

*****

Yoxdu sənə həyatda kimsə tay Hacı Mövsüm

Gələr haqqın zamanı günüvü say Hacı Mövsüm

Sənki Hüseyn söylədin getdin ay Hacı Mövsüm

Hüseyn Şəfaət eləyər şəfaət məqamında

Eşq ilə istəyənlər ibadət məqamında

Dua edər bağışlanar qiyamət məqamında

*****

Bəndədən bu qədərdə tamah çıxarmı Allah

Dostuna dost olandan günah çıxarmı Allah

Möminində evindən silah çıxarmı Allah

Betərdən betərdilər siyasət məqamında

Eşq ilə istəyənlər ibadət məqamında

Dua edər bağışlanar qiyamət məqamında

*****

Adıva söyləyirəm mən şirin kalam Xomeyni

Aşiqlərindən sənə vardı salam Xomeyni

Həm Allah həm höccəti həmdə imam Xomeyni

Gürübdü Seyyid Əlini vilayət məqamında

Eşq ilə istəyənlər ibadət məqamında

Dua edər bağışlanar qiyamət məqamında

*****

Deməki cahiləm artıq çalış şeytanı pisdə

Son dəfə tövbə eylə var quranda hədisdə

Tanrı bağışlayandır bağışlanmağı istə

Səcdədə göz yaşı ilə itaət məqamında

Eşq ilə istəyənlər ibadət məqamında

Dua edər bağışlanar qiyamət məqamında

 

Rza Azəri

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır