Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Fakt Xeber
bazar

26 fevral 2012

20:30:00
299250

əliyevlərin Almaniyadakı Biabırşılığı

Almaniya televiziyasının əliyevlərlə bağlı verlişləri nədən xəbər verir?

Ərəstun Oruclu: "Hakimiyyət tərəfindən Almaniyaya qarşı verilən reaksiya nəinki adekvat, əslində qeyri-adekvat və çox paranoyal bir reaksiyadır"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Almaniya televiziyaları artıq bir neçə müddətdir ki, “Eurovision” ərəfəsində Azərbaycan hakimiyyətinin ölkədə həyata keçirdiyi repressiya, mülkiyyət və insan haqlarının pozulması ilə bağlı geniş reportajlar hazırlayaraq, dünya ictimaiyyətinə təqdim edib. Artıq baş verənlərlə bağlı Almaniyanın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılaraq xəbərdarlıq edildiyi bildirilir. Bəs Azərbaycan hakimiyyəti Almaniyaya qarşı bu cür adekvat addımlar atmaqla Eurovision qabağı öz imici ilə bağlı nəyəsə nail ola biləcəkmi?

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərsətun Oruclu, hakimiyyətin atdığı addımları qeyri-adekvat və paranoyal reaksiya olduğunu bildirdi. “Ölkə mətbuatında, xüsusilə hakimiyyətin nəzarətində olan “Yeni Azərbaycan” qəzetində Almaniya haqqında çox ağlasığmaz ittihamlarla dolu məqalələr çap edilib. Bəzi vaxtlar bu ittihamlar gülüş doğurur.”

Hakimiyyət yönlü qəzetlərin Azərbaycanda olan eybəcərlikləri Almaniyanın adına yazdığını qeyd edən Ərəstun bəy, “hesab edirəm ki, bu cür təbliğatlar Azərbaycan üçün nə başucalığı gətirəcək, nə də ki, ölkənin xarici əlaqələrinə xidmət göstərəcək”,-deyə bildirdi: “Əgər Azərbaycan müvafiq beynəlxalq qurumlar və təşkilatlar qarışında insan haqlarının bərpa edilməsi ilə bağlı hansısa öhdəliklər götürübsə, bu öhdəliklərə riayət etməlidir. Yox əgər ölkədə insanlar müxtəlif bəhanələrlə şərlənərək həbs edilirlərsə, buna demokratiya və Avropa dəyərlərinə əməl etmək yox, riyakarlıq deyirlər.”

Müsahib sonra qeyd etdi ki, Almaniya tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanı təzyiq kimi qəbul etmək lazım deyil: “Sadəcə olaraq Azərbaycan tərəfi səsləndirilən tənqidləri, bu cür riyakar siyasətdən imtina edib, həqiqi dəyərlərə sədaqətini və üzərinə götürdüyü öhdəlikləri əməl etməyə olan çağırış kimi qəbul etməlidir. Hakimiyyət tərəfindən Almaniyaya qarşı verilən reaksiya nəinki adekvat, əslində qeyri-adekvat və çox paranoyal bir reaksiyadır. Müasir Alman dövlətini faşizimlə müqayisə etmək, heç bir yerə sığmır. Faşizm və Hitler simpatizanlarını müasir demokratik Almaniyada yox, Stalin-Brejnev tör-töküntülərinin düşərgəsində axtarmaq daha da məqsədəuyğun olardı”.

“Almaniyanın bu işləri görməkdə marağı nədir” sualına da aydınlıq gətirən Ərəstun Oruclu, bunu Almaniyanın Azərbaycana yatırtdığını investisiya ilə əlaqədar olduğunu bildirdi: “Almaniya Avropanın aparıcı dövləti olaraq, Azərbaycanla geniş əlaqələri olan bir ölkədir. Azərbaycanın Almaniya ilə illik ticari dövriyyəsinin miqdarı 2 milyard dollar həcmindədir. Zaman-zaman Azərbaycana təhkim olunan alman investisiyaları təhlükə ilə üzləşir. Bu günə qədər Almaniya Azərbaycanda baş verənlərə ən loyal münasibət göstərən ölkələrdən biri idi. Almaniyalı biznesmenlər və iş adamları dəfələrlə Azərbaycandakı mülkiyyətləri talanaraq əllərindən alınıb. Görünür, Almaniyanın səbri tükənib və istəmir ki, onun sahibkarı və biznesmenləri ilə bu cür rəftar olunsun.”

 

Xəyal Şükür

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır