Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
bazar

8 yanvar 2012

20:30:00
289710

Şəri Suala Cavab

İmam Hüseyn (ə) türbətinə səcdənin fəziləti

İmam Sadiq (əleyhis salam) Seyyidi Şühədanın türbətin(dən bir qismini xırda bir) kisəyə tökərək özü ilə gəzdirirdi. Namaz qılanda (türbətlə dolu olan) həmin kisənin üzərinə səcdə etdi və buyurdu: Əbaəbdilahın (yəni İmam Hüseynin əleyhis səlam) türbəti üzərində (Allaha) səcdə etmək (insanın namazın) yeddi hicabdan (yəni namazın qəbul olunmasına mane olan yeddi hicabdan) çıxardar (və namaz Allah dərgahında qəbul olunar.) Vəsailuş Şiə. Cild 16. Səhifə 397

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünya Müsəlmanlarının Təqlid Mərcəsi Ayətullah Lütfullah Safi Gülpəyqani cənablarından Seyyidi Şühədanın (əleyhis salam) türbəti üzərində Allah Təalaya səcdə etməyin fəziləti barədə sual olunub.

Sual:

   İamam Hüseyn cənablarının türbəti barəsində dini ədəbiyyatımızda deyilən fəzilətlər, bərəkətli və təsirli olamsı haqda Məsumlar tərəfindən söylənilən hədislərin çox olmasına baxmayaraq təəssüflə qeyd etməliyik ki, bəzi Məscidlərdə İmamın türbəti əvəzinə müxtəlif növlü daşlardan möhür kimi istifadə olunur. Sizin nəzərinizdə torpaqdan hazırlanmış möhürləri, xüsusi ilə də İmam Hüseynin (əleyhis səlam) türbətindən düzəldilən möhürləri daşın müxtəlif növlərindən hazırlanmış möhürlərlə əvəz eedilməsi və bu tipi möhürlərin yayılması nə dərəcədə düzgündür? İkincisi: Möminlərin vəzifəsi bu işin (yəni daşın müxtəlif növlərindən hazırlanmış möhürlərlə əvəz eedilməsi və bu tipi möhürlərin yayılması) müqabilində nədir?

Cavab:

   İmam Hüseyn (əleyhis salam) türbətinin namazda istifadə edilməsinin nə dərəcədə fəzilət və savaba malik olması hammıya bəlli olan bir məsələdir. Təbii ki, bu türbəti daş və yaxud başqa bir əşyalarla əvəz etmək namaz qılan şəxsin özünü böyük bir savabdan məhrum etməsi deməkdir. Amma digər ölkələrin torpaqları ilə müxtəlif növlü daşlar arasında onların üzərinə səcdə etməydə heç bir fərq yoxdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır