Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : deyerler
bazar ertəsi

21 noyabr 2011

20:30:00
279777

Din və İncəsənət

“Müxtarnamə” Azərbaycan dilinə tərcmə edildi

“Müxtarnamə” serialı Aşura günündə seyrçilərə təqdim olunacaq

Əhlİ Beyt -ABNA- xəbər agentlİyİnİn verdİyİ xəbərə əsasən: “Həzrəti Yüsif (ə)” serialından sonra dünayaya səs salmış daha bir serialın ana dilimizdə seyrçilərə təqdim edilməsinə çox az müddət qalıb. Söhbət Azərbaycanda çoxlarının yolunu gözlədiyi “Müxtanamə” serialından gedir. Serialın Azərbaycan dilində səsləndirilmiş peşəkar dublyajı tamamlanmaq üzrədir. Bu haqda Deyerler.org-a dublyajı həyata keçirən “Salam Studo” kino şirkətindən bildiriblər.

Məhərrəm ayının əvvəlində serialın ana dilimizdəki versiyasının seyrçilərə təqdim edilməsi gözlənilir. Şirkət serialın yüksək səviyyədə düblyaj olunduğu bildirib. Serialın dublyajında Azərbaycanın aparıcı incəsənət xadimləri filmdəki qəhrəmanları səsləndiriblər. Onlar arasında xalq artistləri Rasim Balayev, İlham Əsgərov, Hacı İsmayılov, respublikanın əməkdar artistlərindən Nəcibə Hüseynova, Hüsniyyə Mürüvvətova və digər peşəkarlardan Eldədəniz Rəsulovun adları keçməkdədir. Serialın yaradıcılq prosesində ölkənin 20-dən artıq “ulduzlu aktyor heyəti” iştirak edib. Prosesi saytımıza şərh edərkən“Salam Studo” kino şirkətinin rəhbəri Hacı Emin Abbasov deyib: “Bu serial Azərbaycanın kino dubyajı sahəsində yeni səhifə olacaq”.

Serialın teleməkanda nümayişi istiqamətində istəklər səslənsə də, hələ ki, bu haqda qəti olaraq yayımın hansı kanal tərəfindən həyata keçirilməsi haqqında razılaşmalar müəyyənləşməyib.

“Müxtarnamə” serialı rejissor Davud Mirbaqiri tərəfindən çəkilib. Serial 40 seriyadan ibarətdir və 8 il ərzində ərsəyə gəlib. Filmdə xeyli sayda müasir kino texnologiyalarından, müasir kompyuter qrafikalarından və 3D proqramından geniş istifadə edilib. Serialın çəkilişi yüksək səviyyəli peşəkar çəkiliş qrupu tərəfindən aparılıb və bütün çəkilişlər kino lentə yazılıb. Serialın əsas mövzusu kimi Məhərrəm ayında Kərbəlada baş vermiş hadisələrin motivləri dayanır. O cümlədən, İmam Hüseyn (ə) və əqidədaşlarının şəhadətə yetirilməsi və sonra müsəlmanların ayılması, onun qisasının alınması tələbilə müsəlmanların zülmə qarşı mübarizələri tarixi faktlar əsasında əks olunub.

 

Dİqqət: Xəbərdən İstİfadə etdİkdə mənbəyə İstİnad lazımdır