Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xeber Agentliyi
cümə

18 noyabr 2011

20:30:00
279214

Qurani Kərim

İlk və sonuncu nazil olan ayələr hansıdır?

Lakin alimlər arasında üstünlük daha çox Bəqərə Sürəsinin 281- ci ayəyə verilir. ”

Sual:

Bismillah. Salamun Aleykum! Zehmet olmasa ilk nazil olunan ve axirinci ayenin hansi olmasini deyerdiniz. Allah razi olsun.

[email protected]

Cavab:

Aleyki Salam və Rəhmətullah.

İslam Alimlər arasında ilk ayənin hansı ayə olaraq əziz Peyğənbərimizə nazil olması haqqda ən məhşur nəzəriyyə Qurani Kərimin “Ələq” sürəsinin ilk beş ayəsidir. Lakin sonuncu ayə haqqında isə kəskin nəzər ixtilafları mövcuddur. Belə ki, “Mənahilul İrfan” kitabının müəllifi Zərqani yazır: “Alimlər arasında sonuncu ayə olaraq hansı ayə nazil olmuşdur barəsində fikir ayrılığı vardır. Bəziləri Bəqərə Sürəsinin 281, bəziləri Bəqərə Sürəsinin 278, bəziləri Bəqərə Sürəsinin isə 282-ci ayə olduğunu iddia edir. Lakin alimlər arasında üstünlük daha çox Bəqərə Sürəsinin 281- ci ayəyə verilir. ” 

Allah sizdən də razı olsun! Allah amanında!