27 iyul 2011 - 19:30

“Mozalan” kinojurnalı üçün keçirilən ssenari müsabiqəsinin nəticələri açıqlanıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “Mozalan” kinojurnalına ictimai diqqəti artırmaq, onun süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirmək və kinodramaturgiyanın bu növünə yeni qüvvələr cəlb etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi ssenari müsabiqəsinin nəticələri açıqlanıb.

Nnazirliyin internet saytının verdiyi məlumata görə, müsabiqəyə professional kino-dramaturqların  və digər müəlliflərin müasir həyatımızın problemlərini əks etdirən, 2-4 dəqiqəlik bədii süjet üçün nəzərdə tutulan ssenariləri təqdim olunub. Müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən “Mozalan” kinojurnalı üçün ssenari müsabiqəsinin üç qalib ssenarisi təsdiq edilib:

1. “Ağıllı” və ya “Nağdsız haqq-hesab” (müəllif: Məlikov Rüfət);

2. “Lift” (müəllif: Elçin Musaoğlu);

3. “Heyvanlar aləminə səyahət” (müəllif: Lalə Abbasova).

Münsiflər heyətinin müəyyən etdiyi qalib ssenarilər “Mozalan” studiyasında çəkiləcək və onların müəlliflərinə qonorar veriləcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır