Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : AzTV.az
cümə axşamı

14 iyul 2011

19:30:00
247471

SƏLİB YÜRÜŞLƏRİ

İşğalçı Ermənilər “Süsən sünbül”ü də oğurladılar

“Süsən sünbül” erməni dilində “Alvan Varter” adı ilə ifa olunub. Bu ifadə dilimizə tərcümədə isə “əlvan qızılgüllər” mənasına gəlir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı Ermənistan tərəfindən msəlman Azərbaycan mədəniyyətinin mənimsənilməsi prosesi davam edir. Onlar bu dəfə xalq mahnımız “Süsən sünbül”ü erməni mahnısı kimi təqdim ediblər. İşğalçı Ermənistanın ictimai kanalı vasitəsilə yayımlanan “Xalq müğənnisi” musiqi yarışmasında Nişam Manuçaryan adlı iştirakçı “Süsən sünbül” mahnısını erməni dilində ifa edib. Xalq mahnımızın müəllifi isə erməni aşığı Aşıq Şeram kimi qeyd olunub. Yarışmanın həmin həftəsi Aşıq Şerama həsr olunub və ifa olunan bütün mahnılar onun repertuarına aid olub. “Süsən sünbül” erməni dilində “Alvan Varter” adı ilə ifa olunub. Bu ifadə dilimizə tərcümədə isə “əlvan qızılgüllər” mənasına gəlir.

“Süsən sünbül” xalq mahnısı xalq artisi Xan Şuşinski tərəfindən ifa olunub və xalq arasında məşhurlaşıb. Azərbaycanın xalq artisti, müstəsna istedadlı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyətinə malik Xan Şuşinski bu mahnını keçmiş SSRİ-nin bir çox ölkələrində ifa edib. Xan Şuşinskidən sonra da “Süsən sünbül” bir çox xanəndələrimiz tərəfindən səslənib və indiyə qədər ifa olunur. Qeyd edək ki, “Süsən sünbül” ermənilər tərəfindən mənimsənilən ilk mədəni sərvətimiz deyil. Onlar indiyə qədər bir çox xalq və bəstəkar mahnılarımızı öz adlarına çıxararaq erməni mahnısı kimi təqdim ediblər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır