Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : islammaarifinde.com
bazar ertəsi

18 oktyabr 2010

20:30:00
209614

Niyə Şiələr namazları cəm edərək ( Zöhr,Əsr və Məğrib ,İşa) qılırlar?

 Bismillahir-Rəhmanir-Rəhim

Niyə Şiələr namazları cəm edərək ( Zöhr,Əsr və Məğrib ,İşa) qılırlar?

Cavab : Əvvəla bunu bilməyimiz lazımdır ki,əhli sünnənin Maliki, Şafei və Hənbəli məzhəbləri müttəfiq olaraq səfərdə namazları cəm edilərək qılınmasına fətva veriblər.Amma səfərdə olmayan halda isə cəm edilib və edilmədiyi barədə müxtəlif-müxtəlif fətvalar veriblər.Odur ki, namazların cəm qılınması təkcə şiəyə ixtisası yoxdur. Şiənin namazları cəm halında qılınmasına sübutlarının bəzisi bunlardır :

 1. İsra surəsi 78-ci ayə :

 أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُوداً

- Namazı (gündəlik vacib namazlarından Zöhr-Əsr,və Məğrib, İşa namazlarını) günəşin (günortanın tam yarsından) batmağa doğru meyl etməsinin əvvəlindən ,gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin Sübh namazını (da qıl).

Həqiqətən Sübh namazı (Gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün ) müşahidə olunur.

 Bu ayədə Allah taala beş namazın qılınması üçün uç vaxt bəyan edib: ayədə ki,

 “ دلوك الشمس “ - (Günəşin batmağa doğru meyl etməsi)