Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : KÖVSƏR
şənbə

17 iyul 2010

19:30:00
186605

Mizanul-hikmət

Qonaqpərvərlik

Allahın Peyğəmbəri (s): «Allaha və qiyamət gününə iman gətirən şəxs öz qonağına hörmət etməlidir»

1162. Qonaqpərvərlik3771. Allahın Peyğəmbəri (s): «Allaha və qiyamət gününə iman gətirən şəxs öz qonağına hörmət etməlidir». (Camiul-əxbar, səh.377, hədis 1053)     3772. Allahın Peyğəmbəri (s): «Qonaq öz ruzisini gətirər və ev əhlinin günahlarını aparar». (Biharul-ənvar, c.75, səh.461, hədis 14)     3773. Allahın Peyğəmbəri (s): «Yemək verən şəxsin ruzisi və yeməyi, onunçün bıçağın dəvənin hörgücünə batmasından daha sürətlə gəlib çatar». (əl-Məhasin, c.2, səh.147, hədis 1388)     3774. Allahın Peyğəmbəri (s): «Qonaq gəlməyən evə mələklər daxil olmaz». (Camiul-əxbar, səh.378, hədis 1058)     3775. İmam Əli (ə): Allah kimə sərvət versə, onunla öz qohumlarına kömək əlini uzatmalı və qonaqpərvərlik etməlidir». (Nəhcül-bəlağə, xütbə 142)     3776. «Biharul-ənvar»: Bir gün İmam Əlini (ə) qəmli halda gördülər. Səbəbini soruşanda Həzrət (ə) buyrdu: «Yeddi gündür ki, evimizə bir qonaq gəlməyib». (Biharil-ənvar, c.41, səh.28, hədis 1)