Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : HAQQYOLU
şənbə

17 iyul 2010

19:30:00
186345

HƏDİS

"BİSMİLLAH"-İNSANI KAMALA YETİRİR

Həzrət Peyğəmbər (s) buyurur: “İstənilən dəyərli bir işə “Bismillahir-Rəhmanir-Rəhim”siz başlanılsa, bu iş naqis və bəhrəsiz olar.”

Qurani-kərim bəşər övladının səadətə qovuşmasında aparıcı rola malikdir. Qurandan üz çevirən öz səadətindən üz çevirir. Hər işdən öncə Allahı yada salmaq insan qəlbinə inam və aramlıq gətirir. “Bismillahir-Rəhmanir-Rəhim” isə Allahın yada salınmasında ən önəmli zikrlərdəndir. Din öncüllərindən “Bismillahir-Rəhmanir-Rəhim”in fəziləti haqqında bir çox rəvayətlər nəql olunmuşdur. Aşağıda onlardan bəzilərini nəzərdən keçirəcəyik:1. Həzrət Peyğəmbər (s) buyurur: “İstənilən dəyərli bir işə “Bismillahir-Rəhmanir-Rəhim”siz başlanılsa, bu iş naqis və bəhrəsiz olar.” 2. Həzrət Peyğəmbər (s) buyurur: “Bismillahir-Rəhmanir-Rəhim”lə başlanılan dua rədd edilməz.” 3. İmam Sadiq (ə) buyurur: “Olsun ki, bizim bəzi şiələrimiz işlərin başlanğıcında “Bismillahir-Rəhmanir-Rəhim” deməyi unutsunlar. Nəticədə Allah-taala onları narahatçılıqlarla üzləşdirər ki, qəflətdən ayılıb, Allaha şükür-səna deməklə bu səhvi əməl dəftərlərindən paklasınlar.” 4. İmam Sadiq (ə) buyurur: “Hər kəs qəm-qüssə ilə üzləşərsə, üzünü səmaya tutub üç dəfə “Bismillahir-Rəhmanir-Rəhim” desin. Allah-taala qurtuluş yolunu həmin şəxsə aşkarlayar və qəm-qüssəni ondan uzaq edər.” 5. Həzrət Əli (ə) buyurur: “Sizlərdən hər kəs öz dükanına yaxınlaşarsa, ilk olaraq “Bismillahir-Rəhmanir-Rəhim” söyləsin ki, şeytan oradan uzaqlaşsın. Evə daxil olduğunuz zaman da öncə “Bismillahir-Rəhmanir-Rəhim” söyləyin - bu iş Allahın bərəkətini nazil edər və mələklər həmin evlə rabitə yaradar.

Həyat çətinliklərsiz ötüşmür. İnsan bütün çətinliklərdən sıxılsa da onların bəziləri həyati əhəmiyyət kəsb edir.İnsanların ən çətin vəziyyəti aşağıdakı 4 haldır:1. Ölüm hadisəsi, canın çıxması;2. Nəkir və Münkirin sorğu-sualı;3. Qiyamətdə yenidən oyanış;4. Sirat körpüsündən keçmək.

Məhz bu müstəsna təhlükəli məqamlarda “Biamillahir-Rəhmair-Rəhim” insanın köməyinə gəlir. Mömin şəxs can verən zaman “Bismillahir-Rəhmanir-Rəhim” desə, ölüm hadisəsi onun üçün asanlaşar.İnsan qəbir zülmətində “Bismillahir-Rəhmanir-Rəhim” desə, torpaq onun üçün gülzara çevrilər.Qiyamətdə yenidən oyanış zamanı kim “Bismillahir-Rəhmanir-Rəhim” desə, çöhrəsi ay kimi nurlu və gözəl olar.Sirat körpüsünə ayaq qoyan zaman kim “Bismillahir-Rəhmanir-Rəhim” desə, cəhənnəm alovu ondan uzaqlaşar.

“Bismillahir-Rəhmanir-Rəhim” demək bütün hallarda faydalı olsa da, müəyyən məqamlarda onun dilə gətirilməsi daha çox əhəmiyyət kəsb edir. “Bismillahir-Rəhmanir-Rəhim” deməyin mühüm məqamları:1. Sözə başlayan zaman;2. Quran oxumağa başlarkən;3. Yatmazdan öncə;4. Yemək və içmək zamanı;5. Kişi öz həyat yoldaşı ilə xəlvətə çəkilərkən;6. Evə daxil olarkən;7. Evdən çıxarkən;8. Ürəyə vəsvəsə daxil olan zaman;9. Məktub və yaddaş yazan zaman;10. Bazara daxil olub, alış-verişə başlayarkən;11. Qəmlə üzləşərkən;12. Qəzəblənən zaman;13. Tənhalıq zamanı;14. Dəstəmaz alarkən;15. Heyvanları kəsərkən;16. Ağrı və xəstəlik hissləri yarandıqda;17. Nəqliyyat vasitəsinə minərkən;18. Mühakimə edərkən;19. Zərərverici heyvan tərəfindən incidildikdə.

Mənbə: “Quran və həyat”