Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan Ağdam rayonunda hərbi təlimlər keçirib. anspress.com saytının verdiyi məlumata görə, dünən günorta saat 15:00 radələrində Ağdamın işğal altında olan Uzundərə adlanan ərazisində ermənilərin keçirdiyi təlimlərdə top, tank və qrad qurğulardan istifadə olunub.
Təlimlər bir saatadək davam edib. Partlayış səsləri rayonun cəbhə xəttində yerləşən yaşayış məntəqələrində də aydın eşidilib.
mənbə : xəbər agentlikləri
şənbə
17 iyul 2010
19:30:00
185537
