Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ prezidenti Donald Tramp Tehrana qarşı “maksimum təzyiq memorandumu” imzaladığını açıqlayaraq, İran prezidenti ilə danışmağa hazır olduğunu iddia edib.
İranla bağlı prezident sənədini imzalayarkən o, memorandumun "çox sərt" olduğunu və ondan istifadə etmək məcburiyyətində qalmayacağına ümid etdiyini bildirib.
Tramp deyib ki, Birləşmiş Ştatlar İranla rabitələri qura biləcəyinə qadir olub və ya ola bilməyəcəyini araşdıracaq.
Tramp həmişəki kimi keçmiş və təkrar iddialarını səsləndirərək iddia edib: “İran nüvə silahı əldə etməməlidir. İran nüvə silahına çox yaxındır.”
O, yuxarıdakı təkrar iddiasını bir daha başqa bir iddia ilə təkrarladı: “Mən hamı ilə yaxşı münasibətdə olmaq istərdim, amma onların nüvə silahı ola bilməmlidir. Həqiqətən vacib olan yeganə şey bu idi. Onların nüvə silahı olmamalıdır.”
Çərənd iddialarının başqa bir hissəsində Tramp, təkrar olaraq yen deyib: “İran mənə sui-qəsd etmək istəsə, onu məhv edəcəyik”.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!