Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist faşist rejimində çap olunan “Yedioth Ahronoth” qəzeti öz hesabatında vurğulayıb ki, HƏMAS-ın hərbi paradlarının son səhnələri 15 aylıq müharibədən sonra hərəkatın Qəzza zolağında hələ də nüfuzlu qüvvə hesab edildiyinə heç bir şübhə yeri qoymur.
Sionist media orqanı xəbərin davamında əlavə edib: “İsrail Qəzzada müharibədən sonrakı vəziyyət üçün müxtəlif mümkün ssenarilərlə üzləşməyə davam edir ki, bunların hər biri İsrail üçün xüsusi siyasi və təhlükəsizlik çətinlikləri yaradacaq.”
Hesabatın davamında belə qeyd edilir: “Həmasın hakimiyyətdə davamlı mövcudluğu hələ də mümkün variantdır, xüsusilə də Qəzza zolağında gündəlik həyatı asanlaşdırmaq üçün minlərlə döyüşçü və polis qüvvələri çalışır”.
Qeyd edək ki, sionist rejim ABŞ-ın dəstəyi ilə 2023-cü il oktyabrın 7-dən (15 Mehr 1402) 19 yanvar 2025-ci ilə qədər (30 Diyan 1403) Qəzza zolağının sakinlərinə qarşı dağıdıcı müharibəyə başlayıb. Nəticədə, kütləvi dağıntılar və ölümcül aclıqdan əlavə, əksəriyyəti qadın və uşaq olan 157 mindən çox fələstinli şəhid olub və yaralanıb, 14 mindən çox insan isə itkin düşüb.
Bütün bu cinayətlərə baxmayaraq, sionist rejim Qəzzə sakinlərinə qarşı 470 günlük müharibədən sonra bu müharibədə məqsədlərinə, yəni HƏMAS hərəkatının məhv edilməsinə və Qəzza zolağından sionist məhbusların geri qaytarılmasına nail ola bilmədiklərini etiraf etdi.
Qəzzada atəşkəs əldə olunduqdan sonra itkin düşənlərin axtarışı və dağıntılar altından cəsədlərin çıxarılması əməliyyatlarına başlanılıb və Zolağın müxtəlif ərazilərində hər gün daha çox şəhid dağıntılar altından çıxarılır.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!