Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

1 fevral 2025

03:00:00
1525770

Tramp Fələstinə dəstək verən tələbələri cəzalandırır

ABŞ prezidenti Donald Tramp faşist İsrail rejimin Qəzza zolağına təcavüzünə etiraz edən əcnəbi tələbələrin cəzalandırılması və hətta Amerika universitetlərindən xaric edilməsi və lazım gəldikdə ölkədən deportasiya edilməsi ilə bağlı sərəncam imzalayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ prezidenti Donald Tramp faşist İsrail rejimin Qəzza zolağına təcavüzünə etiraz edən əcnəbi tələbələrin cəzalandırılması və hətta Amerika universitetlərindən xaric edilməsi və lazım gəldikdə ölkədən deportasiya edilməsi ilə bağlı sərəncam imzalayıb.

Əl-Ərəbi Əl-Cədidin yazdığına görə, ABŞ prezidentinin sərəncamı Dövlət və Daxili Təhlükəsizlik Departamentlərindən ali təhsil müəssisələrinə tövsiyələri ehtiva edən hesabatlar təqdim etməyi xahiş edib. Buraya əcnəbi tələbələrin qəbul edilməməsi halları daxildir ki, bu hesabatların vasitəsi ilə adiyatlı qurumlar əcnəbi tələbələrin və işçilərin fəaliyyətinə nəzarət etsinlər və bu fəaliyyətlər barədə məlumat verə bilsinlər ki, bu hesabatlar əcnəbilərin dindirilməsinə və lazım gəldikdə onların qovulmasına səbəb olsun.

Tramp öz sərəncamında ABŞ-dakı yəhudi tələbələrin ayrı-seçkiliklə üzləşdiyini, kampusdakı ümumi yerlərə, o cümlədən kitabxanalara və sinif otaqlarına girişin qadağan edildiyini, hədə-qorxu və fiziki təhdidlərlə üzləşdiyini iddia edib.

O əlavə edib ki, ABŞ federal hökuməti yəhudi tələbələri müdafiə edə bilmədi, lakin bu qəbuledilməz uğursuzluq bu gün başa çatır.

Tramp öz sərəncamında həmçinin uşaq bağçasından tutmuş universitetə ​​qədər “antisemitizm”lə bağlı materialların məzmununa yenidən baxılmasını istəyib.

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!