Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

1 fevral 2025

01:50:00
1525766

Beynəlxalq Əhli-Beyt (ə) Media Fəalları Birliyi Yaxın Gələcəkdə Fəaliyyətə Başlayacaq

ABNA Xəbər Agentliyinin məsul direktoru deyib: Söz verirəm ki, Beynəlxalq Əhli-Beyt (ə) Media Fəalları Birliyinin fəaliyyəti tezliklə işə başlayacaq.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qumda, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasında “Əhli-Beyt (ə) Rəvayətçiləri” adlı ikinci beynəlxalq toplantı keçirilib.

Qeyri-iranlı tələbələrə həsr olunan bu mərasimdə dünyanın müxtəlif ölkələrindən yüz media və kiberməkan fəalı və nüfuz sahibi iştirak edib və bu beynəlxalq fəallardan bəziləri bu sessiyada media fəaliyyətləri haqqında hesabat təqdim ediblər.

ABNA Xəbər Agentliyinin icraçı direktoru Həsən Sədrai Arif mərasim iştirakçılarına işarə edərək deyib: “Biz, sizi Əhli-beyt (əleyhimus səlam) Məktəbinin raviləri hesab edirik, yəni Şiə raviləri zənciri Əhli-beyt təlimlərini nəsildən-nəslə çatdırdığı kimi; çağdaş dünyamızda da bu təlimlərin yayılması sizlərin vasitəsi ilə media sahəsində geniş və effektiv şəkildə həyata keçirilə bilər.”

O, çıxışına davam edərək bildirib: “Bu media toplantısında iştirak edən İran Yayım Korporasiyasının rəhbəri doktor Cəbəlini beynəlxalq şəxsiyyət hesab edirik. O, universitetin və dini elm sahəsinin məzunudur. Və biz bu mərasimdə din, media, beynəlxalq məsələlərdə təcrübəsi olan bir şəxsiyyətin olmasını yaxşı əlamət hesab edirik.”

ABNA Xəbər Agentliyinin məsul direktoru əlavə edib: “Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Ramazaniyə dəstəyinə, bəsirətinə və strateji baxışına görə təşəkkür edirəm. Və onun ABNA-nın fəaliyyətinin təkcə Şiə hadisələri haqqında məlumat verməklə məhdudlaşmamalı olduğunu vurğulaması ilə qərargah tədbirləri ABNA-nın gündəliyinə salınıb.”

Cənab Sədrai Arif daha sonra qeyd edib: “ABNA Xəbər Agentliyi indiyədək “Əhli-Beyt (ə) Raviləri” adlı ilk beynəlxalq konfransını, beynəlxalq jurnalistika kursunu, ədəbi-bədii və maarifləndirici dərnəklərin keçirilməsini, eləcə də Əbnaul-Hüseyn (Hüseyn övladları) media tədbiri kimi fəaliyyətlərini davam etdirib. Və söz verirəm ki, Beynəlxalq Əhli-Beyt (əleyhimus səlam) Media Fəalları Birliyinin birg fəaliyyəti, fəalları gücləndirmək və İslam dünyasında yeni media imkanları yaratmaq məqsədi ilə tezliklə başlayacaq.”

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!