Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İsveç mediası elan edib ki, Quranı yandıran Salvan Momika İsveçin paytaxtı Stokholmun cənubunda güllələnib.
Qeyd edək ki, o, bir neçə dəfə İlahi Kitab olan Qurani Kərimi təhqir edərək, İsveçdə və dünyanın digər yerlərində yaşayan 2 milyard Müsəlmanın qəzəbinə və qınamasına səbəb olmuşdur.
İsveç hökuməti Quranın təhqirini pisləsə də, polis bu şəxsin toplaşmaq üçün icazə aldığı hallarda ölkə qanunlarına əsasən onun təhlükəsizliyini də təmin edir və Qurani Kərimin Salvan tərəfindən yandırılmasını tam təmin edirdi. Salvanın isə bu təhqirlərinə etiraz edənləri həbs edərək cərimələyir və yaxud da azadlıqdan məhrum edirdi.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!